Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-692/2023 15.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-590/2021 nömrəli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-590/2021 nömrəli icra sənədinə əsasən cavabdeh Borclu MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət “124” saylı mənzilin sahəsinə aid olmayan) mənzilin X4 təhvil verilməsi təmin edilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir. X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-590/2021 nömrəli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə ünvan 1 ünvanda inşa edilən 1 girişli, 21 mərtəbəli binanın, 3-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 16 №-li, 4-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 24 №-li, 6-cı mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 36 №-li, 7-ci mərtəbəsindəyerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 48 №-li, 9-cu mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 60 №-li,10-cu mərtəbəsində yerləşməklə 91,4kv.m sahəsi olan 2 otaqlı 72 №-li,12-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 88 №li,13-cü mərtəbəsində yerləşməklə 91,4kv.m sahəsi olan 2 otaqlı 96 №-li, 14-cü mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 104 №-li, 17-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 124 №-li, 18-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 136 №-li, 20-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 152 №-li, 21-ci mərtəbəsində yerləşməklə 91,4 kv.m sahəsi olan 2 otaqlı 156 №-li mənzillərin hesabına X1 tələbinin icra edilməsi məqsədi ilə mənzillərin üzərinə həbs qoyulmasını, icranı həmin mənzillərdən birinə yönəldilməsi vəzifəsinin icra məmuruna həvalə edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında ərizəsini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 590/2021 nömrəli icra sənədinə əsasən Borclu MMC tərəfindən ümumi sahəsi 91.4 kv.m təşkil edən (şərti olaraq üç otaqdan ibarət “124” saylı mənzilin sahəsinə aid olmayan) mənzilin X2na təhvil verilməsi təmin edilməlidir. İcra vərəqəsi xx.xx.2023-cü il tarixdə verilmişdir. xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul etmiş və Borclu MMC-yə könüllü icra üçün bildiriş vermişdir. X2 xx.xx.2023-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, qeyd olunan mənzillərin üzərinə həbs qoyulması və onlardan birinin ona təhvil verilməsini xahiş etmişdir. Lakin həmin mənzillərin borclunun mülkiyyətində olmasına dair sənədi təqdim etməmişdir. O, tələbkarın qeyd etdiyi mənzillərin borclunun mülkiyyətində olub-olmamasını araşdırır. Əgər hər hansı bir mənzil aşkar olunarsa, icra sənədinin icrasını təmin edəcəkdir. Əgər mənzil aşkar olunmazsa, yenə də “İcra haqqında” qanunun tələbinə uyğun olaraq məcburi icra tədbirləri davam etdiriləcəkdir. İcra sənədi üzrə borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin borclunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxsin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə tələbkarın və icra məmurunun izahatını dinləyib, ərizəni və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Çünki, tələbkar Aygün Quliyeva ərizədə göstərdiyi icra sənədinin icrasını təmin etmək məqsədilə üzərinə həbs qoyulmasını xahiş etdiyi - ünvan 1 ünvanda inşa edilən 1 girişli, 21 mərtəbəli binada yerləşən 32 ədəd mənzilin Borclu MMC-yə məxsus olmasını təsdiq edən hər hansı bir rəsmi sənəd məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin icra məmuru da elektron icra sistemində borclunun mülkiyyətində həmin mənzillərin olmadığını, bununla bağlı araşdırma apardığını əgər borclunun mülkiyyətində icra sənədində qeyd olunan ölçüdə mənzil aşkar olunarsa, icra sənədənin icrasının təmin olunacağını, aşkar olunmadığı təqdirdə isə “İcra haqqında” qanunun tələbinə uyğun olaraq məcburi icra tədbirlərinin davam etdiriləcəyini bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Şərh olunanlara əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43.1.1, 44.1.3, 50-ci və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-590/2021 nömrəli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu MMC-yə məxsus olduğunu iddia etdiyi - ünvan 1 ünvanda inşa edilən 1 girişli, 21 mərtəbəli binada yerləşən 32 ədəd mənzilin üzərinə həbs qoyulmasına dair ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-692/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-692/2023
15.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver