Məhkəmə qərarları › İş №8(004)-698/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-698/2023

21.11.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-698/2023 21.11.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, icra sənədi üzrə tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev tərəfindən verilmiş təqdimata Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədilə xx.xx.1970ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu1 və Borclu2 cəmi 10.002,48 manat məbləğində pul tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən icra sənədi üzrə tələbkarın nümayəndəsi X2 izahatında bildirmişdir ki, hazırkı icra sənədinin icrası ilə bağlı borclu ilə aralarında razılaşma olmuşdur. Buna görə də təqdimatın təmin edilməməsini xahiş edir. İcra sənədi üzrə borcluya və təqdimat verən icra şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun və təqdimat verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, icra işi materiallarını araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişi Borclu1 rəsmi qaydada şəxsən imzalamaqla almışdır. Həmçinin tələbkarın nümayəndəsinin izahatından görünür ki, tərəflər arasında hazırkı icra sənədi üzrə borca dair razılaşma olduğundan hazırda tələbkar borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın təmin edilməməsini xahiş edir. Məhkəmə qeyd olunanları, həmçinin hazırkı icra sənədi üzrə borca ödəniş edilib edilməməsi, eyni zamanda hazırda hansı məbləğdə borcun qalmasının icra məmuru tərəfindən müəyyən edilmədiyini, eyni zamanda tələbkarın israrlı omamasını nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev tərəfindən verilmiş təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1277/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu1 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Yasamal rayon İcra şöbəsinin icra məmuru Emil Abiyev tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildiyi gündən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar