Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-7/2024 17.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, X1 “icra sənədinin hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, maddi durumu, ailə vəziyyəti, himayəsində 2 azyaşlı övladının olması, ailənin yeganə gəlir mənbəyinin özü olması nəzərə alınmaqla qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ilkin ərizəsinin təsviri hissəsində borcun hissə-hissə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etsə də, nəticə hissəsində xahişini qətnamənin icrasına möhlət verilməsi barədə qeyd etmişdir. Bu səbəbdən, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında X6 ərizəsini konkretləşdirərək qətnamənin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında tələbkar, borclu və icra məmuruna xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, icra sənədi üzrə X2ndan 11154,74 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar ləğv prosesində olan Tələbkar ASC-yə ödənilməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4422/2023-024 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq icraat başlanılmışdır. İş materiallarında olan tələbkar ləğv prosesində olan Tələbkar ASC-nin X2na ünvanladığı xx.xx.2023-cü il tarixli məktubuna əsasən müəyyən olunur ki, borc münasibətləri üzrə ilkin olaraq 470 manat məbləğini 30 iş günü müddətinə ödənilməsi şərti ilə, qalıq qətnamə üzrə borcun 19 ay müddətinə bərabər hissələrlə tam ödənilməsi barədə razılıq əldə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzin surətinə əsasən 2000 manat, xx.xx.2023-cü il tarixli qəbzin surətinə əsasən isə 500 manat məbləğində borc X6 tərəfindən ləğv prosesində olan Tələbkar ASC-yə ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qətnaməsinin birdəfəlik icrası perspektivi və borclu və tələbkar arasındakı razılıq nəzərə alınmaqla məhkəmə hesab edir ki, ərizənin tərəflərin razılaşdığı qaydada təmin edilməsi, məhkəmə qətnaməsinin hissə-hissə icrasına razılıq verilməsi mümkündür və bu xüsusat xüsusən tələbkarın maraqlarına uyğundur (tələbkarın özünün iradə ifadəsi əsas götürülməklə). Həmçinin, borclunun əmlak və ailə vəziyyəti, tərəflərin maliyyə durumu arasındakı kəskin fərq nəzərə alınmalıdır. Müəyyən edilir ki, borclu razılaşma üzrə üzərinə düşənlərə əməl etmiş və 2023-cü ilin dekabr ayında 2500 manat ödəniş həyata keçirtmişdir. Tələbkar məhkəmə iclaslarında iştirak etməmiş və ərizəyə dair etirazını təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsi tələbləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun hüquqi mövqeyi rəhbər tutularaq ərizə təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4422/2023-024 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar X2 tərəfindən ilkin olaraq 470 (dörd yüz yetmiş) manat məbləği 30 (otuz) iş günü müddətinə ödəməsi şərti ilə, qətnamə üzrə qalıq borc 19 (on doqquz) ay müddətinə bərabər hissələrlə tələbkar ləğv prosesində olan Tələbkar ASCyə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 “icra sənədinin hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4422/2023-024 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar X2 tərəfindən ilkin olaraq 470 (dörd yüz yetmiş) manat məbləği 30 (otuz) iş günü müddətinə ödəməsi şərti ilə, qətnamə üzrə qalıq borc 19 (on doqquz) ay müddətinə bərabər hissələrlə tələbkar ləğv prosesində olan Tələbkar ASC-yə ödənilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-7/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-7/2024
17.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver