Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-70/2025 31.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Borclu iştirakı ilə, Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Anar Əyyubovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Anar Əyyubov təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-461/2022-020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 386 manat miqdarında alimentin tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən həbs qoyulmuşdur. Bundan sonra iş üzrə borclu aliment borcunu ödəmişdir. Qeyd olunanları nəzərə alaraq borcluya məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi məhkəmədə xahiş olunur. Borclu məhkəmə iclasında iştirak edərək təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru və borclu məhkəmə iclasında iştirak etməmişlər. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-461/2022-020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əlavə olunmuşdur. İş materiallarına Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-461/2022-020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarı əlavə edilmişdir. İş materiallarında olan bildirişə əsasən müəyyən edilir ki, icra sənədi üzrə tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə Borclu təqdim edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-461/2022-020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Tələbkar ərizəsinin surətinə əsasən müəyyən edilir ki, icra sənədi üzrə aliment öhdəliyi borclu tərəfindən təmin edilmişdir. Məhkəmə iş materiallarını və təqdimatı araşdıraraq hesab edir ki, icra sənədi üzrə aliment öhdəliyi (borcu) borclu tərəfindən icra edilmişdir (ödənilmişdir). Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması zərurəti hüquqi baxımdan aradan qalxdığından, sonuncunun qeyd olunan avtomobil üzərində mülkiyyət hüquqlarının tam şəkil bərpa edilməsi zərurəti nəzərə alınmaqla təqdimat əsaslı olmaqla təmin edilməlidir və sözügedən avtomobilin üzərinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə qoyulmuş həbs götürülməlidir. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsinə dövlət təminat verir. Mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılması yolverilməzdir. Yuxarıda göstərilənlərə, Azərbaycan Respublikası MPM-in 263-264-cü və 266-269cu maddələrinə əsasən QƏRARA ALDİ: Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Anar Əyyubovun təqdimatı təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-563/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “QAZ 330214” yük markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Fariz Əlizadə
Məhkəmə qərarları › İş №8(004)-70/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-70/2025
31.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver