Məhkəmə qərarları › İş №8(004)-703/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-703/2025

25.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-703/2025 25.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nın ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvandan çıxarılmağı barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-4492/2024 №li qətnamənin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(004)- 4492/2024 №li icra vərəqəsinə əsasən o, Tələbkar məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. Həmin icra sənədi hazırda Yasamal rayon icra şöbəsinin icraatındadır. İcra vərəqəsinə əsasən boşaldılmalı Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən mənzilin bərabər paylarla bölünməsi haqqında iddia ərizəsi hazırda Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəfərovun icraatındadır - iş № e-2(029)-1019/2025. Bundan əlavə bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, bina 174, mənzil 235 (Yeni qaydalarla: AZ 1122, Bakı şəhəri, Yasamal rayonu, A.M. Şərifzadə küçəsi, 620, M 7, m3) üzərində ½ hissədə onun, payı ½ hissədə isə tələbkarın payı müəyyən edilmişdir və daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışlar alıınmışdır. Lakin həmin mənzildə tələbkarla onun birgə yaşayışı mümkün olmadığndan əmlakın naturada bölgüsünə dair iddia ərizsi ilə Qusar Rayon Məhkəməsinə müraciət etmiş və iddia ərizəsinə hazırda Qusar Rayon Məhkəməsinin hakimi Əli Cəfərovun icraatında baxılır - iş № e-2(029)-108/2025. Yuxarıda qeyd olunanlara əsasən tələbkar hüquqdan sui-istfadə etməklə onun haqqına girir və mülkiyyətində olan mənzilində yaşamağına imkan vermir, ona aid hissənin pulunu ödəmir ki, o, gedib özünə mənzil ala bilsin. Nəticədə, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvandan çıxarılsa tələbkarın ucbatından ona və tələbkara aid olan mənzildə yaşaya bilməyəcək. Ona görə də mənizilin naturada bölgüsünü, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılaraq əldə olunan vəsaitin paylarına uyğun bölünməsi barədə məhkəmə qərarını gözləyir. Ona görə də məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi üçün məhkəməyə ərizə vermək məcburiyyətindədir. Çünki hazırda heç yerdə işləmir, tələbkar ondan aliment tələb edir, maddi ehtiyac ucbatından mənzil kirayələyə də bilmir. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkarın nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Tərəflərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə icra işini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 54,10 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ ilə ½ hissəsi Tələbkar adına xx.xx.2024-cü il tarixdə, ½ hissəsi isə X2 adına xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmiş və hazırda mülkiyyətinlərindədir. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən iddia təmin edilərək, cavabdeh X2 iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması qət edilmişdir. - Qusar Rayon Məhkəməsinin 2(029)-108/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında “xx.xx.2024 və xx.xx.2024-cü il tarixli, reyestr nömrəsi **********51-05301- 093028 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Tələbkar və X2 mülkiyyətlərində olan ünvan 4 saylı mənzilin ½ hissədə naturada bölünməsi texniki cəhətdən mümkündürmü?” sualı qoyulmuşdur. - Qusar Rayon Məhkəməsinin X3 ünvanladığı xx.xx.2025-cü il tarixli məktubuna əsasən iddiaçı X2 etibarnamə üzrə nümayəndəsi və eyni zamanda vəkili X4 cavabdeh Tələbkar qarşı əmlakın naturada bölgüsü tələbinə dair mülki iş üzrə tədqiqat obyektinə baxış keçirilməsində ekspertin iştirakının təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın 12-ci bəndində göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 may 2015-ci il tarixli qərarında qeyd olunur ki, Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, cavabdeh X2 iddiaçı Tələbkar məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni ünvan 1 ünvanında yerləşən mənzilindən çıxarılması qət edilmişdir. Məhkəmə bildirir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsi 10 sentyabr 2025-ci il tarixdə icraya yönəldilmişdir. Hazırda isə X1 qətnamənin icrasına möhlət verilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi, Yasamal Rayon Məhkəməsinin 2(004)- 4492/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsinin çıxarılmasından bir ilə yaxın müddət keçmişdir. Cavabdehə məxsus digər paylı mülkiyyətlə bağlı məhkəmədə mübahisənin olması onun iddiaçıya məxsus evi boşaldaraq özünə məxsus həmin evə köçməsinə maneə deyildir. Məhkəmə borclu tərəfindən icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmasına dair sübutların təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024-cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nın ərizəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4492/2024 saylı, 05 noyabr 2024cü il tarixli qətnaməsinin icrasına möhlət verilməsi barədə X1nın ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar