Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-706/2025 30.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə X1nın ərizəsinə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, tərəflərin birgə nikah dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Maraqlı şəxs tərəfindən ona düşən pay tam ödənildiyindən icra sənədinə həmin hissədə imtina etməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 aprel 2021-ci il tarixli, 2(004)- 338/2021 saylı qətnaməsi İlkin iddia tələbi qismən təmin edilmiş, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikah pozulması, Birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X14 anaları X3 himayəsində qalması, cavabdeh Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz elli) manat sabit məbləğində aliment tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin tutulması 18 avqust 2020-ci il tarixdən hesablanması, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan “VAZ2106” minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013-cü il olan “Renault Tondar 90” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində ½ hissədə iddiaçı X3, ½ hissədə cavabdeh Maraqlı şəxs payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutulub iddiaçı X4 ödənilməsi, ilkin iddia tələbi qalan hissədə təmin edilməmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair cavabdehlər X6 və X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilərək əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh X11 adına verilmiş xx.xx.2020-ci il tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ləğv edilməsi, tərəflərin birgə nikah dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı Maraqlı şəxs, ½ hissədə cavabdeh X3 payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh X2 tutularaq İddiaçı Maraqlı şəxs verilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 sentyabr 2022-ci il tarixli, 2(004)-2854/2022 saylı qətnaməsi iddia təmin edilmiş, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,08 ha torpaq sahəsinə olan icarə hüququnun özgəninkiləşdirilməsi barədə Maraqlı şəxs ilə X15 arasında notarial qaydada bağlanmış 3M-106 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli torpağın icarə hüquqlarının alğı-satqısı müqaviləsi etibarsız hesab edilməsi, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X9 adına aparılmış xx.xx.2021-ci il tarixli, **********36 reyestr nömrəli qeyd və bununla əlaqədar verilmiş Dövlət Reyestrindən Çıxarış ləğv edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(103)-173/2023 saylı qətnaməsi X3 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 338/2021 saylı iş üzrə 07 aprel 2021-ci il tarixli qətnaməsi qismən 0.08 ha torpaq sahəsi üzərində cavabdeh tərəfindən əldə edilmiş icarə hüququnun bölünməsi, həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə övladları ilə birlikdə köçürülməsi və evdən istifadənin təmin olunması barədə ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilkin iddia tələbi bu hissədə qismən təmin edilmiş, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0.08 ha torpaq sahəsi üzərində icarə hüquqları tərəflər arasında bərabər paylarda bölünməklə, 1½ hissədə X3, ½ hissədə Maraqlı şəxs payı müəyyən edilmiş, X6 uşaqları ilə birlikdə həmin torpaq sahəsi üzərində inşa edilmiş yaşayış evinə köçürülməsi və evdən istifadə təmin olunması X5 apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2854/2022 saylı iş üzrə 19 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmiş, icarə hüququnun dəyəri olaraq ödənilmiş 58000 manat məbləğində pul vəsaiti Maraqlı şəxs tutularaq X10 qaytarılması, həmin qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icra olunması üçün Yasamal rayon İcra şöbəsinə həvalə edilmişdir. İcraat zamanı cavabdehin vəkili Yasamal rayon İcra şöbəsinə "icra sənədinin aliment hissəsində İcrasının əmlaka yönədilməsi barədə" ərizə ilə müraciət edərək, icra sənədi üzrə ödənilməli olduğu aliment borcunun əvəzinə icra sənədi üzrə ½ hissədə mülkiyyətində olan buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobili qiymətləndirilərək ½ hissəsinə münasibətdə aliment borcunun ödənilməsi və məbləğ artıq qalarsa həmin hissəsində aliment ödənişinin avans kimi tələbkara ödənilməsini xahiş etmişdir. İcra sənədini icrasını təmini etmək üçün icra məmuru təqdimatla Yasamal rayon məhkəməsinə müraciət edərək, borclu Maraqlı şəxs mülkiyyətində olan buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı təqdimat təmin edilmişdir. Daha sonra icra məmuru xx.xx.2024-cü il tarixdə "mütəxəssisin dəvət edilməsi haqqında" qərar qəbul edərək icra olunması üçün "xxxx" MMC-yə həvalə edilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında" hesabatında buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil 16000 manat dəyərində qiymətləndirilmiş və həmin hesabat xx.xx.2024-cü il tarixdə Yasamal rayon İcra şöbəsinə daxil olmuşdur. Daha sonra həmin əmlak ona təklif olunmuş və o, təklifi qəbul etmişəm. Hazırda göründüyü kimi, icra sənədi üzrə buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil tam olaraq ona məxsus olması öz təsdiqini tapır. Bu səbəbdən də hesab edir ki, cavabdehin qeyd olunan əmlakda hər-hansı hüququ olmadığından həmin əmlak tam olaraq onun mülkiyyətinə rəsmiləşdirilməlidir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tələbkarın icrasan imtinası qəbul edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, ilkin iddia tələbi qismən təmin edilərək, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü İİ təvəllüdlü X8 anaları X3 himayəsində qalması, cavabdeh Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin tutulmasının dərhal icra edilməsi, alimentin tutulmasının 18 avqust 2020-cl İİ tarixdən hesablanması, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan "VAZ-2106" minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013-cü il olan "Renault Tondar 90" minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3, 1/2 hissədə cavabdeh Maraqlı şəxs payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (İyirmi) manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs tutulub iddiaçı X4 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobile dair cavabdehlər X6 və X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ədilərək əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh X11 adına verilmiş xx.xx.2020-ci İİ tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Maraqlı şəxs, 1/2 hissədə cavabdeh X3 payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Maraqlı şəxs verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra sənədi xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatından görünür ki, Aparlmış hesablamalara va təhlillərə əsasən, X4 məxsus Hyundai Elantra minik markalt, ** NO *** dövlat qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixinə olan bazar dayəri: 16.000 (on alt min) manat təşkil edir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli təklifdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-173/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Maraqlı şəxs məxsus “Hyunadi Elantra minik” Markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin ½ hissəsi üzərinə həbs qoyulması məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdimatla müraciət olunmuş və həmin məhkəmənin 8(004)-337/2024 saylı, xx.xx.2024-cü il tarixlil tarixli qərardadı ilə sözügedən əmlakın üzərinə həbs qoyulmuşdur. Yuxarıda qeyd olunan “Hyunadi Elantra minik” Markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qiymətləndirilməsi məqsədilə “mütəxəssisin dəvət edilməsi haqqında” qərar qəbul edilərək xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-yə gönədrilmiş və mütəxəssisin xx.xx.2024-cü il tarixli rəyinə əsasən sözügedən “Hyunadi Elantra minik” markalı, **-NO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil 16.000 manata qiymətləndirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunmalıdır. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtinasından sonra satılmalıdır. Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlakın tələbinə uyğun hissəsi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə uyğun olaraq Sizə 7700 manat borc əvəzi olaraq təklif olunur. Bildirilmişdir ki, təklifi 5 (beş) gün müddətində qəbul edəcəyi barədə bildiriş daxil olmasa, o imtina kimi qiymətləndiriləcəkdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021-022 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinin icrası ilə Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil borcun ödənilməsi hesabına iş üzrə X1na verilməsi, həmin avtomobilin X1nın mülkiyyətinə tam olaraq dövlət qeydiyyatına alınma üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunması qərara alınmışdır. Həmin qərarın məzmunundan müəyyən edilir ki, “Qeyd olunan icra sənədi üzrə borclu tərəfindən uzunmüddətli aliment borcu ödənilmədiyindən 8000 manat Maraqlı şəxs tərəfindən aliment borcu yaranmışdır. Tərəflərin birgə nikah dövründən əldə olunmuş "Hyundai Elantra" minik markalı, **- NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Maraqlı şəxs, 1/2 hissədə cavabdeh X3 payları müəyyən edilmişdir. Aliment borcunun ödənilməsi məqsədilə borclu Maraqlı şəxs aid ½ hissədə onun üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Məhkəmə qərarının icrası məqsədilə Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən 16000 manata qiymətləndirilmiş və tələbkara təklif olunmuşdur. İş üzrə X1na qeyd olunan avtomobil təklifi olunmuş və tələbkar təklif qəbul etmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış amlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunmalıdır. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtinasından sonra satılmalıdır Bu səbəbdən üzərinə həbs qoyulmuş əmlak "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdə iş üzrə X1 təklif olunmuş və o, təklifi qəbul etmişdir.” Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021-022 nömrli, xx.xx.2021-cici il tarixli icra sənədinin icrası ilə bağlı X18 qərarı icra olunması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis idarəsinə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsi icraata xitam verilməsinin əsasları və qaydasını tənzimləyir. 20.1.1-ci maddəyə görə məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 53.1. Qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak, yaxud icra sənədində satılmalı əmlakın müəyyən edildiyi hal istisna olmaqla, üzərinə həbs qoyulmuş əmlak və ya ipoteka predmeti həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, qiymətləndiricinin hesabatında göstərilən bazar dəyəri ilə tələbkara təklif olunur.[114] 53.1-1. Üzərinə həbs qoyulmuş əmlakı və ya ipoteka predmetini əldə etmək təklifini alan tələbkar 7 iş günü ərzində həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini bildirməli və bu hal tələbkar və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməlidir. Həmin protokol imzalandıqdan sonra dərhal “Elektron icra” informasiya sistemi vasitəsilə “Elektron notariat” informasiya sisteminə göndərilir və tələbkar daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqlarını protokolun “Elektron notariat” informasiya sisteminə göndərildiyi gündən 5 iş günü müddətində rəsmiləşdirə bilər. Əmlakın bazar qiyməti tələbkarın tələbindən artıq olduqda, tələbkar aradakı fərqi ödəyir və həmin artıq olan vəsait bu Qanunun 74-cü maddəsində müəyyən edilmiş borcludan tutulmuş pul məbləğinin bölüşdürülməsi qaydasına uyğun olaraq bölüşdürülür və bütün tələblər təmin olunduqdan sonra qalan pul məbləği borcluya qaytarılır. 53.1-2. Tələbkar tərəfindən qəbul edilən daşınmaz əmlak və rəsmi reyestrdə qeydiyyata alınan daşınar əmlak üzərində hüquqların rəsmiləşdirilməsi həmin protokol əsasında “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə uyğun olaraq həyata keçirilir. Digər əmlakın tələbkara verilməsi icra məmurunun qərarı ilə rəsmiləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, ilkin iddia tələbi qismən təmin edilərək, iddiaçı X6 ilə cavabdeh Maraqlı şəxs arasında xx.xx.2010-cu il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində 1472 nömrə ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü İİ təvəllüdlü X8 anaları X3 himayəsində qalması, cavabdeh Maraqlı şəxs xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 175 (bir yüz yetmiş beş) manat olmaqla cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi, alimentin tutulmasının dərhal icra edilməsi, alimentin tutulmasının 18 avqust 2020-cl İİ tarixdən hesablanması, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 1989-cu il olan "VAZ-2106" minik markalı, **-KV-*** dövlət qeydiyyat nişanlı və buraxılış ili 2013-cü il olan "Renault Tondar 90" minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərində 1/2 hissədə iddiaçı X3, 1/2 hissədə cavabdeh Maraqlı şəxs payları müəyyən edilməklə mülkiyyət hüquqları tanınması, ilkin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 (İyirmi) manat dövlət rüsumunun cavabdeh Maraqlı şəxs tutulub iddiaçı X4 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilərək, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobile dair cavabdehlər X6 və X17 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab ədilərək əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh X11 adına verilmiş xx.xx.2020-ci İİ tarixli AD840129 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Maraqlı şəxs, 1/2 hissədə cavabdeh X3 payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq iddiaçı Maraqlı şəxs verilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İcra sənədi üzrə borclu tərəfindən aliment borcu ödənilmədiyindən 8000 manat Maraqlı şəxs tərəfindən aliment borcu yaranmışdır. Tərəflərin birgə nikah dövründən əldə olunmuş “Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində ½ hissədə iddiaçı Maraqlı şəxs, ½ hissədə cavabdeh X3 payları müəyyən edilmişdir. Aliment borcunun ödənilməsi məqsədilə borclu Maraqlı şəxs aid ½ hissədə onun üzərinə məhkəmənin qərarı ilə həbs qoyulmuşdur. Məhkəmə qərarının icrası məqsədilə Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərindən 16000 manata qiymətləndirilmiş və tələbkara təklif olunmuşdur. İş üzrə X1na qeyd olunan avtomobil təklifi olunmuş və tələbkar təklif qəbul etmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021-022 nömrəli, xx.xx.2021-ci tarixli icra sənədinin icrası ilə Hyundai Elantra” minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobil borcun ödənilməsi hesabına iş üzrə X1na verilməsi, həmin avtomobilin X1nın mülkiyyətinə tam olaraq dövlət qeydiyyatına alınma üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunması qərara alınmışdır. Hazırda tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə Maraqlı şəxs tərəfindən ona düşən pay tam ödənildiyindən icra sənədinə həmin hissədə imtina etməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi tələbkar icra sənədinin icrasından qeyd olunan hissədə imtina etmişdir və hazırda həmin imtinanın təsdiq edilməsini istəyir. Məhkəmə tərəfindən imtinanın qanunauyğun və əsaslı olduğu, habelə digər şəxslərin hüquqlarını pozmadığı müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, tələbkarın tələbdən imtinasının qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından tərəflərin birgə nikahı dövründə əldə olunmuş buraxılış ili 2016-cı il olan, "Hyundai Elantra" minik markalı, **-NO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində 1/2 hissədə iddiaçı Maraqlı şəxs, 1/2 hissədə cavabdeh X3 payları müəyyən edilməklə mülkiyyət hüquqlarının tanınması hissəsində imtina etməsi qəbul edilsin. Qərardaddan on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-706/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-706/2025
30.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver