Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-707/2025 18.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətlərindən X1nun şikayət ərizəsinə məhkəmənin inzibati binasında tərəflərin iştirakı olmadan baxaraq, MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon İcra Şöbəsi tərəfindən Nəsimi Rayon Məhkəməsinin e-2(006) - 979/2023 №-li xx.xx.2023-cü il tarixli icra işi üzrə icra vərəqəsinin tələblərinin cavabdeh tərəfindən köbud surətdə pozulmasına və icraçı İsmayıl İsmayılovun tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Yasamal rayon İcra Şöbəsinə xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2024; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025; xx.xx.2025-ci il tarixli elektron poçtla göndərdiyi ərizə və əl yazı ilə yazılmış digər ərizələrin, Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın xx.xx.2025-ci il tarixli məktubu, tərəflər arasında ünsiyyətə mane olmamaq haqqında imzalanmış xx.xx.2025-ci il tarixli akt nəzərə alınmaqla icraçı İsmayıl İsmayılovdan hansı səbəbdən məhkəmə qərarlarının icra olunmaması və şikayətlərinin araşdırılması üçün tədbirlər görməməsinin izahatının alınması, icraçı barəsində qanunvericiliyin tələbləri ilə tədbir görülməsini və icra sənədinin tam təmin edilməsi barədə nəzarətedici bölmələrə tapşırıq verməyini məhkəmədən xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətlərindən X1nun şikayət ərizəsi geri qaytarılmalıdır. Tələbkar həmin şikayət ərizəsi ilə icra sənədini vermiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Belə ki, iddiaçı X2 cavabdeh X3 qarşı uşaqla ünsiyyətdə olmaq tələbinə dair iddia tələbinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən baxılmış, iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktı icraya yönəldilmişdir. Hazırda müzakirə predmeti olan şikayət ərizəsi də məhz Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2017-ci tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Həmin Qərarda “İcra haqqında” qanunun 26-cı maddəsinə münasibətdə “qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə şəxslərin icra sənədini vermiş məhkəməyə müraciət etməsi” müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-979/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Yasamal rayon icra şöbəsinin icra məmuru İsmayıl İsmayılovun hərəkətlərindən X1nun şikayət ərizəsi geri qaytarılsın. Tələbkara izah edilsin ki, həmin şikayət ərizəsi ilə icra sənədini vermiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-707/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-707/2025
18.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver