Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-708/2022 17.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2663/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyevin təqdimatına baxaraq, Müəyyən etdi: Yasamal rayon icra şöbəsinin icra məmuru Emil Abiyev təqdimatla məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2663/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixli qərarla icraata başlanmış Yasamal Rayon Məhkəməsinin 2(004)-2663/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, Borclu 3967.87 (üç min doqquz yüz altmış yeddi manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş üzrə Borclu könüllü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü tam təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırtmışdır. Bu səbəbdən borcun ödənilməsi təmin ediləmişdir. Məhkəmə qararı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilməyi üçün və ölkədən getmək hududlarının tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məhkəmədən xahış etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar bugünə təxmini 3200 manat borcu vardır, borc məbləğindən hər ay 50 manat ödəyə bilər. Təqdimatın təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə Yasamal rayon icra şöbəsinə və tələbkara məlumat verilsə də, onlar məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən hesab edir ki, təqdimata onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər.Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə, təqdimatı və ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2663/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən, borcun ödənilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, 2(004)-2663/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 3967.87 (üç min doqquz yüz altmış yeddi manat səksən yeddi qəpik) manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, borclu icra sənədinin 10 gün ərzində könüllü icra barədə, əks halda məcburi icra tədbirlərinin keçiriləcəyi barədə məlumatlandırılmışdır. Odur ki, təqdimat əsaslıdır və təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 492, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-2663/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-708/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-708/2022
17.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver