Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-71/2024 08.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkar X2 tərəfindən verilmiş ərizəyə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə tələbkar X2 xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan sonra, tələbkar X2 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək icra məmurunun ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb tələbkarın ərizəsini nəzərə alaraq qeyd edir ki, ərizə geri qaytarılmalıdır. İcra sənədi üzrə borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun, tələbkarın və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun, tələbkarın və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə məhkəmə ərizəçi X1 ərizənin geri qaytarılmasına dair ərizəsini nəzərə alaraq hesab edir ki, onun Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə ərizəsi geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152-ci və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARAALDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-591/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə X2 tərəfindən verilmiş ərizə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim edildiyi tarixdən on gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №8(004)-71/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-71/2024
08.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver