Məhkəmə qərarları › İş №8(004)-717/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-717/2022

21.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-717/2022 21.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Bakı şəhər Yasamal Rayon İcra şöbəsinin icra məmuru X1 borclu "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal Rayon İcra şöbəsinin icra məmuru X2 - "xxxx" MMC-nin mülkiyyətində Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 46, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə- 2, ev 5, mənzil 47, Bakı şəhəri, ünvan 2, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 37, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 41, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 42, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 32, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə- 2, ev 5, mənzil 31, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 26 və Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzillərin üzərinə həbs qoyulması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMCdən 34030 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcraat zamanı məlum olmuşdur ki, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 46, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 47, Bakı şəhəri,ünvan 2, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 37, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 41, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 42, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 32, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə- 2, ev 5, mənzil 31, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 26 və Bakı şəhəri,ünvan 1 ünvanında yerləşən məznillər borclu "xxxx" MMC-nin mülkiyyətindədir. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə "xxxx" MMC-nin mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin olunaraq icra sənədinin icrasının təmin edilməsini xahiş etdi. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin və borclunun nümayəndəsinin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyib, icra işinin materiallarını, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2291/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 34000 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İcraata başlamaq haqqında qərara əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişə əsasən "xxxx" MMC xx.xx.2022-ci il tarixli qərarla icraatına başlanılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2291/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi ilə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan Əmlak məlumatları barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərdə sorğu edilmiş çıxarışlara əsasən Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 42, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 46, Bakı şəhəri,ünvan 1, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 47, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 41, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 37, Bakı şəhəri,Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, döngə-2, ev 5, mənzil 32, Bakı şəhəri,ünvan 2 ünvanlarında yerləşən mənzillər "xxxx" MMC-nin mülkiyyətindədir. Lakin, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 46 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-796 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 47 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-797 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 36 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-745 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X7 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 37 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-755 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 41 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 42 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-743 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 32 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-754 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 31 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-788 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 26 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-783 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Bakı şəhəri, Pirallahı rayonu, Pirallahı qəsəbəsi, S.Bağırov küçəsi, ev 5, döngə 2, 34 saylı mənzil xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 9 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 4Ə-790 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Belə ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, təqdimatla üzərinə həbs qoyulması nəzərdə tutulan mənzillər borclu "xxxx" MMC-nin mülkiyyətində deyil, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən başqa şəxslərin adına özgəninkiləşdirilmişdir. Belə olan halda təqdimatda nəzərdə tutulan mənzillərin üzərinə həbs qoyula bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhər Yasamal Rayon İcra şöbəsinin icra məmuru X1 borclu "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimat əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhər Yasamal Rayon İcra şöbəsinin icra məmuru X1 borclu "xxxx" MMC-nin mülkiyyətində olan əmlakların üzərinə həbs qoyulması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar