Məhkəmə qərarları › İş №8(004)-720/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-720/2025

03.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-720/2025 03.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Borclu iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 9096,23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu xx.xx.1990-cı il tarixdə anadan olmuş, borclu Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, ev 42 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixli qərarla icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 9096,23 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə Borclu xx.xx.2025-ci il tarixlərində könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimatı qəbul edərək, izahatında bildirdi ki, borcundan ödəniş etməmişdir. Təqdimatın təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdı. İcra sənədi üzrə tələbkara və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata tələbkar və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 482/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu cəmi 9096,23 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli “tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən könüllü icra edilməsi xahiş edilmişdir. Məhkəmə borc tələbi üzrə borcun məbləğini, digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1990-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-482/2025 nömrəli, xx.xx.2025ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar