Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-724/2022 14.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə Borclu X3 tərəfindən verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehlər Borclu2, Borclu1 və X1 müştərək qaydada 11206 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 124,02 manat məbləğində pul Tələbkar ASC-nin xeyrinə tutulmalıdır. Borclu X3 xx.xx.2022-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə borcun ayda 473 manat olmaqla 2 il müddətinə hissə-hissə ödənilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş borclu X3 izahat verərək bildirmişdir ki, Bakı Şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, e- 2(004)-2350/2022 saylı qətnaməyə əsasən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi üzrə tələb təmin edilmiş və cavabdehlər X3, Borclu2 və Borclu1 müştərək qaydada 8772,99 manat əsas və 2433,01 manat faiz borcu olmaqla, cəmi 11206 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 124,02 manat məbləğində pul iddiaçı Tələbkar ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilmişdir. Belə ki, onun tərəfindən həmin göstərilən vəsait rəhbəri olduğu hazırlıq kursunda mövcud olan şəraitin daha da yaxşılaşdırılması, uşaqların daha yaxşı şəraitdə təhsil almasının təmin olunması üçün “Expressbank" ASCdən götürülmüşdür. Lakin ölkədə və dünyada ötən illərdə mövcud olan pandemiya COVİD- 19 virusu səbəbilə kursun fəaliyyəti davam edə bilməmiş və bu səbəbdən o, maddi sıxıntılarla üzləşmişdir. Həmin dövr ərzində kursun fəaliyyəti davam etməmiş və onun həmin göstərilən krediti ödəməyi mümkün olmamışdır. Bu səbəbdən həmin vəsaitin ödənilməsi təmin edilməmiş və əsas borclardan əlavə faiz borcları yaranmışdır. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən pandemiya dövrü ərzində zərər çəkmiş fəaliyyət sahələri siyahısında qeyd edilənlərə nəzər yetirdikdə 85312 kodu ilə Hazırlıq (tədris) kurslarının fəaliyyəti qeyd edilmişdir. Buradan da aydın olur ki, öhdəliklərini icra etməməyinin səbəbi ondan asılı olmayan səbəblərdən olmuşdur. Yuxarıda göstərilənlərə nəzər yetiridikdə bildirmək mümkündür ki, qanunvericiliyin tələblərinə əsasən onun cavabdeh olmadığı hal, yəni pandemiya öhdəliklərini yerinə yetirə bilməməyinə səbəb olmuşdur. Yəni, bu halın aradan qaldırılması ondan asılı olmayan səbəblərdən ibarət olmuşdur. Lakin, tərəfindən artıq kursun fəaliyyəti bərpa edilmiş, fəaliyyətin bərpası barədə ərizə vergi orqanına təqdim edilmişdir. Həmçinin, kursun fəaliyyəti də davam etməkdədir. Bu səbəbdən həmin vəsaitin ödənilməsi onun tərəfindən artıq təmin edilə bilər. Həmin borc vəsaitinin ödənilməsi hissə-hissə təmin oluna bilər. Həmin vəsaitin bir başa ödənilməsi onların yenidən maddi sıxıntılarla üzləşməyinə səbəb olar. Tələbkar xx.xx.2022-ci il tarixdə ərizə verərək tərəflər arasında borcun hissə-hissə icra edilməsi ilə bağlı razılıq əldə olunmadığından qətnamənin hissə-hissə icra olunması ilə bağlı borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsini xahiş etmişdir. Üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. İcra sənədi üzrə borcluya və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Borclunun və icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, ərizə təmin edilməməlidir. Belə ki, ərizəçi xahişini təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Habelə, məhkəmə hesab edir ki, yaranan borcun ayda 473 manat olmaqla ödənilməsi tələbkarın mənafeyinə ziddir. Belə ki, borcun bu qaydada hissəvi icrası qətnamənin daha gec icra edilməsi ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1 və 231.2-ci maddələrinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi nəzərə alınmalıdır Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini və Azərbaycan Respublikası MPM-in 231-ci, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Borclu X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə ərizəsi rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Günay Axundova
Məhkəmə qərarları › İş №8(004)-724/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-724/2022
14.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver