Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-726/2025 23.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Yasamal Rayon Məhkəməsinin hakimi Ayşən Sultanova-Məmmədova Ramiz qızının sədrliyi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X4 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müddətlər üçün icra edilməsindən azad edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Verilmiş ərizəni nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, iddia təmin edilərək, iddiaçı X6 ilə cavabdeh X11 arasında Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə 964 №-li akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 anası X3 yanında qalmalarının (saxlanılmalarının) müəyyən edilməsi, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdeh X7 hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulma müddətinin xx.xx.2024-cü il tarixdən müəyyən edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 357.1-ci ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı maddəsinə əsasən, Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən, Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.2-ci maddəsinə əsasən, Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Ərizənin mahiyyətindən görünür ki, ərizəçi yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə alimentin tutulması müddətini mübahisələndirir və alimentin qətnamənin çıxarıldığı tarixdən tutulmasını istəyir. Məhkəmə qeyd edir ki, ilk növbədə borclu qətnaməni aldıqdan sonra qətnamədən narazı qaldığı təqdirdə qətnamədən şikayət verməli idi. Qanunvericilikdə məhkəmə qətnaməsi ilə tutulan alimentin tutulma müddətinin dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə borclunun ərizəsinə icra icraatı qaydasında baxılması yolverilməzdir. Həmçinin məhkəmə tərəfə izah edir ki, aliment borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə iddia icraatı qaydasında aiddiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, borclu X1 ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Qəraraaldı: X2 ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-726/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-726/2025
23.09.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver