Məhkəmə qərarları › İş №8(004)-729/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-729/2025

02.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-729/2025 02.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə tələbkar X4 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X14 Surxay ərizə ilə məhkəməyə müraciət edərək, 2025-ci il üzre alimentin minimum miqdarı 246 manat təyin olunduğu gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı iİ tarixdə X2 və xx.xx.2017-ci il tarixde X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artınlaraq hır ay hır uşağa görə 246 manat manat sabit pul məbləğinin borclu X5 tutularaq tələbkar X8 ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, borclu X12 ilə xx.xx.2015-ci ildə rəsmi nikaha daxil olub ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il tarixdə X9 ve xx.xx.2017-ci il tarixdə X13 anadan olmuşdur.Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 nömrəli xx.xx.2024-cu il tarixli qətnaməsinə əsasən nikahları pozuİmuşdur, yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında qalmaları və hər ay uşağa göra 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit puİ məbləğində aliment tutularaq qət edilmişdir.Qeyd etmək istəyir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə hər ay gecikdirir və ya hal hazırda ödəmir. Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamadə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir ve uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət va qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir.2025-ci il üzrə alimentin minimum miqdarı 246 manat təyin olunub. Buna görə də görə "aliment məbləğinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə aidiyyəti üzrə borcluya, tələbkara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilərək, iddiaçı X11 ilə cavabdeh Borclu arasında Səadət Sarayı Bakı Nikah Evində xx.xx.2015-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1021 nömrə ilə qeyd edilmiş nikah pozulması,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları X4 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi,.alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 514689 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Borclu ilə X11 arasında bağlanmış nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 08 fevral 2025-ci il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əlizadə soyadı verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2023-cü il tarixli Sərəncamının 1-ci bəndinə əsasən, Minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamının 1-ci hissəsinə əsasən Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən olunur ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı X11 ilə cavabdeh Borclu arasında Səadət Sarayı Bakı Nikah Evində xx.xx.2015-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1021 nömrə ilə qeyd edilmiş nikah pozulması,tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 anaları X4 yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün cavabdeh Borclu hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməsi, alimentin tutulmasının xx.xx.2024-cü il tarixdən hesablanması qət edilmişdir. Hazırda tələbkar X11 alimentin indeksasiyasının həyata keçirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ailə Məcəlləsinin tələbi və Ali Məhkəmənin mövqeyi nəzərə alınmaqla alimetin indeksasiyası ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməlidir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 manat məbləğdə müəyyən edilmişdir. 2024-cü il ölkə üzrə minimum əmək haqqının məbləği 345 manat müəyyən edilmişdir. 235 manat sabit pul məbləğində aliment 2024-cü il üçün minimum əmək haqqının 0,68 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Borclu tutularaq iddiaçı X8 ödənilməli olan alimentin məbləği 24 sentyabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin olunsun. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3768/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə cavabdeh Borclu tutularaq iddiaçı X8 ödənilməli olan alimentin məbləği 24 sentyabr 2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar