Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-73/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Yasamal rayon İcra şöbəsinin "icra sənədinin qaytarılması haqqında" qərarından tələbkar "xxxx" QSC tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı xx.xx.2015-ci il tarixli əmri ilə, tələbkar "xxxx" QSC-nin iddia ərizəsi təmin olunaraq Borclu cəmi 562,83 manat məbləğində borcun tutulması müəyyən edilmişdir. Tələbkar "xxxx" QSC Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Yasamal Rayon İcra şöbəsinin " icra sənədinin qaytarılması haqqında" qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi və icra sənədinin tam icrası ilə bağlı icra hərəkətlərinin davam etdirilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 10656/2015 saylı, xx.xx.2015-ci il tarixli məhkəmə əmrinə əsasən tələbkar "xxxx" QSC-nin ərizəsi təmin olunaraq Borclu cəmi 562,83 manat məbləğində borcun tutulması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Yasamal Rayon İcra şöbəsinə göndərilmişdir. Yasamal Rayon İcra Şöbəsindən banka xx.xx.2024-cü il tarixdə daxil olan məktuba əsasən Yasamal rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi “İcra haqqında" Azərbaycan Respublikasının Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılması qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi üzrə icra sənədinin qaytarılması haqqında Yasamal Rayon İcra şöbəsinin qərarı ləğv edilməlidir və icra tədbirləri davam etdirilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli, xx/xx- 25732/2 saylı məktubundan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 10656/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədi zürə xx.xx.2017-ci il tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsində başlanılmış icraat zamanı sözügedən vəsaitin Borclu tərəfindən könüllü ödənilməsi təmin edilməmiş, tələbin onun əmlakı hsabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. Bu səbəbdən də sözügedən icra sənədi “İcra haqqında” Azərbbaycan Respublikası Qanunun 23.1.3-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 10 oktyabr 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. X1 Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın icra sənədini vermiş məhkəməyə göndərilməsi və bu məhkəməyə öz təşəbbüsü ilə həmin qərarın qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını yoxlamaq səlahiyyətinin verilməsi son nəticədə işə baxmış məhkəmənin qərarın icrasına nəzarət etməsini təmin etmək məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, müvafiq qərarı qəbul etmiş icra məmuru icra sənədi üzrə nəzərdə tutulmuş məcburi icra tədbirlərinin həyata keçirilməsini təmin etməmiş, borclu barəsində “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrində nəzərdə tutulmuş məcburi icra tədbirlərinin görülməsi, eləcə də onun inzibati məsuliyyətə cəlb edilməsini həyata keçirməmiş, əvəzində icra tədbirlərini tam həyata keçirmədən əsassız olaraq “İcra haqqında” Qanunun 23.1.3-cü maddəsinə istinad etməklə "icra sənədinin qaytarılması haqqında" haqqında qərar qəbul etmişdir. Belə ki, “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu xx.xx.1986-cı il təvəllüdlü Borclu vəfat etməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Yasamal Rayon İcra şöbəsinin “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməli və icra tədbirləri davam etdirilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar "xxxx" QSC-nin şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-10656/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi üzrə Yasamal Rayon İcra şöbəsinin icra sənədinin qaytarılması haqqında haqqında qərarı ləğv edilsin və icra tədbirləri davam etdirilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-73/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-73/2024
02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver