Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-733/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Borclunın məcburi gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2017-cı il tarixdə icraata daxil olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 nömrəli, xx.xx.2016-ci il tarixli icra sənədinə əsasən X3, X1 və Borclu Bakı şəhəri, Yeni Yasamal-1, ev 13, 12 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə borclu X2 göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.3-cü maddəsinə əsasən həmin qanunun 84.2-ci maddəsində nəzərdə tutulmuş hallarda icra məmuru müvafiq qərar qəbul edir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və tərəflər həmin qərarın surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Göstərilənlərə əsasən iş üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi gətirilməsi məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarında olan kifayət qədər sübutları nəzərə alaraq, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcra işini, təqdimatı və ona əlavə olunmuş sənədləri, araşdıraraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməlidir. İcra işinin materialları araşdırılarkən müəyyən edilmişdir ki, icra məmuru tərəfindən iş üzrə borclunun məcburi gətirilməsi barədə qərar qəbul edilmiş, həmin qərar rəsmi qaydada iş üzrə borclua göndərilmiş, eyni zamanda icraata başlamaq haqqında qərar da borcluya rəsmi qaydada göndərilmişdir. Eyni zamanda icra məmuru tərəfindən borclunun icra şöbəsinə çağırılması və çağırışlaraq əməl etməyərək gəlməməsi səbəbindən məcburi gətirilməsi barədə qərar qəbul edilərək, borcluya məxsus mobil nömrələrə SMS bildirişdə göndərilmişdir. Belə ki, iş materiallarında olan: SMS bildirişin göndərilməsi barədə çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Borclu barəsində olan məhkəmə qərarının icrası ilə bağlı icra şöbəsinə çağırılması barədə ***-***-**-** saylı nömrəyə çağırış barədə SMS bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tətib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən İcra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Borclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilməlidir. Göstərilənlərə əsasən İcra haqqında Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddələrini və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə borclu xx.xx.1989-cu il təvəllüdlü, ünvan 1 ünvanında faktiki olaraq yaşayanBorclu Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan, onun alındığı (təqdim edildiyi) andan 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-733/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-733/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver