Məhkəmə qərarları › İş №8(004)-734/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-734/2022

31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-734/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Elçin qızın katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2017-cı il tarixdə icraata daxil olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu, X1 və X2 Bakı şəhəri, Yeni Yasamal-1, ev 13, 12 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. Həmin icra sənədi xx.xx.2017-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə gəlib izahat verməkdən yayınır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1952-ci il təvəllüdlü, ünvan 1 ünvanında faktiki olaraq yaşayan Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Borclu, X1 və X2 Bakı şəhəri, Yeni Yasamal-1, ev 13, 12 saylı mənzilindən çıxarılmalı və həmin mənzil boşaldılmalıdır. İş materiallarından görünür ki, 2(004)- 9888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən 12 yanvar 2017-ci il tarixdə icraat başlanılmış və Borclu tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş, icra sənədinin icrası üçün sözügedən mənzilə baxış keçirilərək 20 may 2022ci il tarixli akt tərtib edilmişdir. Təqdimata əlavə edilmiş Elektron Sistemdən SMS bildirişin göndərilməsi çıxarışından görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən Borclu məxsus ***-***-**-** saylı mobil nömrəsinə icra məmurunun çağırışına 5 gün müddətində gəlməyəcəyi təqdirdə onun məcburi gətirilməsi barədə məhkəməyə təqdimatla müraciət olunacağı haqqında bildiriş göndərilmişdir. Göründüyü kimi, Borclu heç bir üzürlü səbəb göstərmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 9888/2016 nömrəli, xx.xx.2016-cı il tarixli icra sənədini icra etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-9888/2016 saylı, xx.xx.2016-cı il icra sənədinin icrası məqsədilə, xx.xx.1952-ci il təvəllüdlü ünvan 2 ünvanında faktiki olaraq yaşayan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar