Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-737/2022 31.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, Bakı şəhər Yasamal rayon İcra şöbəsinin icra məmuru X1 Şəfa Vaqif qızının adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614,616,618,620, 19 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon İcra İcra şöbəsinin icra məmuru X2 Şəfa Vaqif qızının adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614,616,618,620, 19 saylı mənzilin üzərinə həbs qoyulması barədə təqdimatla Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-2319/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu Vaqıl qızından 11691.57 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. İcraat zamanı məlum olmuşdur ki, Borclu mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, A.M Şərifzadə küçəsi, ev 614,616,618,620,19 saylı mənzilin olduğu müəyyən edilmişdir. Məhkəmə qərarlarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iş üzrə Borclu adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614,616,618,620, 19 saylı mənzilin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) borclu, tələbkar və icra məmuru məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə borclu, tələbkar və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, icra işinin materiallarını, təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, Borclu məxsus borclunun və onun ailəsinin birgə yaşamalarını təmin edəcək hər hansı yaşayış sahəsinin sonuncunun sahibliyində olub-olmaması barədə təqdimata heç bir sübutlar (sənəd) əlavə edilmədiyindən məhkəmə hesab edir ki, təqdimatda üzərinə həbs qoyulması nəzərdə tutulmuş yaşayış sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 89 saylı Qərarının tələbləri baxımından borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək yeganə yaşayış yeridir və buna görə də təqdimat təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, icra məmuru tərəfindən digər icra tədbirləri görülməmiş, yəni borclunun bank hesabları, gəlirləri və s. barədə sorğular verilməmiş, müvafiq icra sənədi üzrə onun gəlirlərinə yönəldilməmişdir. Belə ki, iş materialları ilə Borclu “Bakı Dövlət Universiteti” X3 laboratoriya müdiri vəzifəsində işləməsi və aylıq 760 manat əmək haqqı alması müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İş üzrə borclu, Borclu adına qeydiyyatdan keçmiş Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, ev 614,616,618,620, 19 saylı mənzilin üzərinə həbs qoyulması barədə Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov
Məhkəmə qərarları › İş №8(004)-737/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-737/2022
31.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver