Məhkəmə qərarları › İş №8(004)-74/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-74/2023

30.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-74/2023 30.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı Tələbkar cavabdehlər Borclu3 MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” və müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 cavabdehlər X5, Tələbkar, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidamətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Borclu3 MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqısatqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair çıxarılmış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə izah verilməsi ilə bağlı cavabdeh X4 ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Tələbkar cavabdehlər Borclu3 MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələblərinə dair” iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 1 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin onun sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər "xxxx" MMC və “Kaspian-İnşaat MB“ MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələrin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 cavabdehlər X5, Tələbkar, "xxxx" MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Borclu3 MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X4 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair X10 ilə Tələbkar arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə- 295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Tələbkar adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m.) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdehlər Borclu3 MMC-yə, "xxxx" MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X9 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maneələrin aradan qaldırılması tələbinə dair” iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmiş, müstəqil tələb irəli sürən üçüncü şəxs iddiası qismən təmin edilmiş, "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair X4 adına aparılmış qeydin və 29 iyul 2021ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış X10 ilə Tələbkar arasında bağlanmış xx.xx.2021ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə, 201 saylı mənzilinə dair Tələbkar tərəfindən X5 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin X3 tutularaq Tələbkar ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü giriş, 201 saylı mənzilinə dair Tələbkar adına aparılmış qeydin və 12 noyabr 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs1 Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3-cü girişdə 4 otaqdan ibarət və müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m. təşkil edən) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Hazırda müstəqil iddia tələbi üzrə cavabdeh X10 ərizə ilə məhkəməyə müraciət edərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin icra olunması üçün izahın verilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı Tələbkar cavabdehlər Borclu3 MMC-yə, Borclu3 MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyəmən üçüncü şəxs qismində cəlb edilmiş X9 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maeələrin aradan qaldırılması tələblərinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında ona məxsus olan ünvan 2 ünvanında 3-cü giriş, 11-ci mərtəbə, yaşayış sahəsi 124 kv.m olan, 3 otaqlı, 201 nömrəli mənzilin mənim sahibliyimə və istifadəmə verilməsinə, cavabdehlər "xxxx" MMC və "xxxx" MTK tərəfindən törədilən maneələrin aradan qaldırılması və bu cür maneələri yaratmağın onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Prosesin gedişində, müstəqil tələb irəli sürən üçüncü şəxs Maraqlı şəxs1 cavabdehlər X5, Tələbkar, Borclu3 MTK-ya, 44 saylı Notariat Ofisinin xüsusi notariusu X2, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Borclu3 MMC-yə qarşı “çıxarışın və maliyyə arayışının etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin, qeyd və çıxarışın ləğv edilməsi, mənzilə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Borclu3 MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, 06 07.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilinə dair X4 adına aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın, həmin mənzilə dair X10 ilə Tələbkar arasında bağlanaraq, 44 saylı Notariat Ofisində 4ə- 295 nömrə ilə qeydə alınmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Tələbkar adına aparılmış qeydin və xx.xx.2021 -ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, onun Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 4 otaqdan ibarət, müqavilə üzrə ümumi sahəsi 144 kv.m (faktiki 138,9 kv.m) olan 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarınm tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) 16 dekabr 2022-ci ıl tarixli, 2(004)-993/2022 saylı qətnaməsinə əsasən iddiaçı Tələbkar cavabdehlər Borclu3 MMC-yə, Borclu3 MTK-ya və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyəmən üçüncü şəxs qismində cəlb edilmiş X9 qarşı “mənzilin sahiblik və istifadəyə verilməsi, maeələrin aradan qaldırılması tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxsi iddiası qismən təmin edilərək, “Kaspian İnşaat MB" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarışın və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilinə dair X10 tərəfindən “Kaspian İnşaat MB" MTK-ya ödənilmiş pul vəsaitinin (Maliyyə arayışına əsasən) “Kaspian İnşaat MB" MTK-dan tutularaq X5 ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3- cü giriş, 201 saylı mənzilinə dair X4 adma aparılmış qeydin və xx.xx.2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli Çıxarışın ləğv edilməsi, 44 saylı Notariat Ofisində 4ə-295 nömrə ilə qeydə alınmış X10 ilə Tələbkar arasında bağlanmış xx.xx.2021 -ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilinə dair Tələbkar tərəfindən X5 ödənilmiş 135000 (bir yüz otuz beş min) manat məbləğində pul vəsaitinin X3 tutularaq Tələbkar ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilinə dair Tələbkar adına aparılmış qeyd və 12 noyabr 2021 -ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, Maraqlı şəxs1 Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü girişdə 4 otaqdan ibarət 201 saylı mənzilinə sahiblik və istifadə hüquqlarının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(004)-993/2022 saylı qətnaməsindən göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsində - Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilinə dair X10 tərəfindən “Kaspian İnşaat MB" MTK-ya ödənilmiş pul vəsaitinin (Maliyyə arayışına əsasən) “Kaspian İnşaat MB" MTK-dan tutularaq X5 ödənilməsi qət edilsə də, Maliyyə arayışında məbləğ göstərilmədiyindən hansı məbləğdə pulun tutulması aydın deyildir. Onu da qeyd etmişdir ki, Borclu3 MTK-nın sədri X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, zərərçəkmiş şəxs qismində tanınmış və həmin cinayət işi üzrə zərəçəkmiş şəxs qismində dindirilərkən ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi, 3 saylı evin, 3-cü giriş, 201 saylı mənzilə dair Rafət Qəniyevlə razılığa gəldikdən sonra 135000 manat məbləğində pulu Rafətə vermiş və sonuncu çıxarış almaq üçün binanın ofisində lazımi paket sənədləri hazırlayaraq ona təqdim etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2(004)-993/2022 saylı qətnaməsi əsasında Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə evin, 3-cü giriş, 201 saylı mənzilinə dair X11 tərəfindən Borclu3 MTK-ya ödənilmiş pul vəsaitinin (Maliyyə arayışına əsasən) Borclu3 MTK-dan tutularaq X5 ödənilməsi məsələsinə, arayışına əsasən hansı məbləğdə pulun ödənilməsi məsələsinə izah verilməsini xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış) iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə əsasən, işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi mülki işlər üzrə ədalət mühakiməsinin yekun sənədi olduğu üçün onun qəbul edilməsi mübahisəli hüquq münasibətində müəyyənliyin yaranmasına, pozulmuş və mübahisə edilən hüquqların real bərpasının təmin olunmasına xidmət edir. Qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olması səbəbindən onun icrası çətin və qeyri-mümkün olduqda, məhkəmə qətnaməsində olan çatışmazlıqlar qətnamənin izah edilməsi yolu ilə aradan qaldırılır. İşin halları ilə müəyyən edilmişdir ki, Borclu3 MTK-dan tutularaq X5 ödənilməli olan pul vəsaitinin məbləği qətnamədə əks olunmamışdır. İcra mərhələsində müəyyən olunmuşdur ki, qətnamənin cavabdeh tərəfindən icrası mümkünsüzdür. Belə ki, iş materialları ilə "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli 11-M saylı maliyyə arayışına əsasən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 124 kv.m olan 201 saylı mənzilin dəyərinin X10 tərəfindən tam ödənilməsi və MTK-ya borcunun olmaması müəyyən edildiyindın, eləcə də, müafiq qətnamə ilə "xxxx" MTK üzvlərinin ümumi iclasının 126 nömrəli, xx.xx.2018-ci il tarixli protokolundan çıxarış və 01-M nömrəli, xx.xx.2021-ci il tarixli maliyyə arayışı etibarsız hesab edilməsi qət edildiyindən, Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, 3 saylı evin 3cü giriş, 201 saylı mənzilinə dair X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin də, (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi qət edilmişdir. Hazırda iş materiallarında olan Yasamal Rayon prokurorluğunun müstəntiqi İsmət X1 Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ittiham aktına əsasən X7 "xxxx" MTK-da vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək ünvan 3 ünvanında yerləşən və xx.xx.2021 -ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında Maraqlı şəxs2 mülkiyyətində olmaqla yaşayış olmayan 203 nömrəli mənzili həmin binanın xx.xx.2012-ci il tarixli müqavilə əsasında 100800 manata alınmış Maraqlı şəxs1 məxsus olan 201 nömrəli mənzil kimi təqdim edərək X6 aldatmaqla xx.xx.2021-ci il tarixli rəsmi sənəd olan “Maliyyə” arayışı və “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” müqaviləyə bilə-bilə təhrif olunmuş və yalan məlumatlar daxil edərək saxta müqavilə və maliyyə arayışı tərtib edib imzası və MTK-nın möhürü ilə təsdiq edərək, xx.xx.2021-ci il tarixdə R.İbişovu həmin mənzili ona guya 132000 manata satmaq adı ilə aldadaraq ünvan 4 ünvanında yerləşən yaşayış binasının avtodayanacağında həmin məbləği ələ keçirib sonuncuya külli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bununla da qeyd olunan hərəkətləri ilə Rövşən İbişovu faktiki olaraq mənzilindən məhrum etməklə onun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq əməli ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, tamah niyyətilə vəzifə saxtakarlığı törətmişdir. Göründüyü kimi, X10 tərəfindən "xxxx" MTK-ya 132000 manat məbləğində pul vəsaiti ödənilmiş və buna dair, yəni Bakı şəhəri, Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsi, ev 3, giriş 3, sahəsi 124 kv.m olan 201 saylı mənzilin dəyərinin X10 tərəfindən tam ödənilməsi və MTK-ya borcunun olmaması barədə imzalı və möhürlü arayış verilmişdir. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin olunmalı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “Qət etdi” hissəsində göstərilmiş “X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi” ifadəsinə, “X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş 132000 (bir yüz otuz iki min) manat pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi”nin nəzərdə tutması barədə izah verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266- 710-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə asağıdakı məzmunda izah verilsin. İzah edilsin ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-993/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin “Qət etdi” hissəsində göstərilmiş “X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi” ifadəsi, “X10 tərəfindən "xxxx" MTK-ya ödənilmiş 132000 (bir yüz otuz iki min) manat pul vəsaitinin (maliyyə arayışına əsasən) "xxxx" MTK-dan tutularaq X5 ödənilməsi” nəzərdə tutur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar