Məhkəmə qərarları › İş №8(004)-74/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-74/2024

02.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-74/2024 02.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İş üzrə tələbkar "xxxx" QSC tərəfindən “Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında” qərarından verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5389/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə geri qaytarılmışdır. Tələbkar "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarının ləğv edilməsi və zəruri icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5389/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Borclu "xxxx" QSC-nin xeyrinə 399,06 manat məbləğində pul vəsaitinin tutulması qeydi aparılmış və icra qeydi icra olunması üçün Yasamal Rayon icra Şöbəsinə göndərilmişdir. İcra qeydi borclu tərəfindən icra edilməmişdir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, icra məmuru “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2, 45.6, 45.8, 50 və 82-ci maddələrində qeyd edilən məcburi icra tədbirlərinin heç birini yerinə yetirməmiş, barəsində inzibati tənbeh tədbirlərin tətbiq edilməsi barədə məhkəməyə müraciət edilməmiş, həmçinin borclunun ailə vəziyyətini müəyyən etməmiş, borclunun bank hesablarını müəyyən etmək üçün banklara sorğu göndərilməmişdir. Bu səbəbdən, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin qərarının ləğv edilməsi və zəruri icra hərəkətlərinin həyata keçirilməsinin davam etdirilməsi xahiş edilir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tələbkar, borclu və icra məmuru məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən, tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını özündə saxlamaqdan və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Müvafiq aktın tərtib olunması və tələbkara bu barədə məlumat verilməsi barədə hər hansı sənəd, material məhkəməyə təqdim edilməmişdir. Sözügedən qərar əsaslandırılmamış, formal əsaslarla tərtib edilmişdir. İcra hərəkətləri üzrə tələbkarın üstün maraqları qorunmalıdır. Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə qərarının icrası təmin edilməli, icrasının təmin edilməsi istiqamətində bütün zəruri hüquqi hərəkətlər məcburi şəkildə icra edilməlidir. Məhkəmə qərarının icrasından formal əsaslarla imtina yolverilməzdir. Beləliklə, iş materiallarına və digər sübutlara əsasən müəyyən olunur ki, şikayət əsaslıdır və Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2018-ci il tarixli qərarı qərarı əsassızdır, bu səbəbdən, ləğv edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Lakin, bu barədə akt tərtib olunmamış və tələbkara hər hansı məlumat verilməmişdir. Nəticə etibarilə, müvafiq zəruri icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə tapşırılmalıdır. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268, 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi "xxxx" QSC-nin şikayət ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-5389/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra edilməyən və ya qismən icra edilən icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2018-ci il tarixli qərarı ləğv edilsin və müvafiq icra hərəkətlərinin həyata keçirilməsi Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar