Məhkəmə qərarları › İş №8(004)-746/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-746/2023

12.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-746/2023 12.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Ərizəçi-X1 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 saylı qətnamənin icra edilməsinə möhlət verilməsi barədə ərizəçi-X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 nömrəli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu siyahıda adları qeyd olunan əşyalardan 1) 2 ədəd çilçıraq; 2) 3 ədəd xalça; 3) 3 ədəd pərdə; 4) 3 ədəd süfrə; 5) 1 ədəd karniz; 6) ət çəkən; 7) şirə çəkən; 8) limon sıxan; 9) portağal sıxan; 10) kofe dəmləyən; 11) ütü; 12) mikser; 13) yemək bişirən peç; 14) tozsoran; 15) 1 ədəd lampa; 16) 1 ədəd "Samsung" markalı telefon; 17) 2 dəst pakrval; 18)1 dəst yorğan; 19) 1 dəst divan üstü; 20) 1 dəst hamam xalatı; 21) 2 dəst ədyal (nazik); 22) 2 dəst ədyal qalın; 23)6 dəst pastel; 24)8 dəst əl-üz dəsmalı; 25)12 dəst dəsmal canqurulayan və 2 dəst dəsmal naboru; 26) 6 dəst çay dəsmalı; 27) 2 dəst balış; 28) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək; 29) nahar servisi; 30) gündəlik servis; 31) bıçaq dəsti; 32) tort qabı; 33) peçenye qabı; 34) 2 dəst ədviyyat qabı dəsti; 35) 3 dəst sini ("podnos") dəsti; 36) qaşıq-bıçaq çamadan dəsti; 37) gündəlik qaşıq-bıçaq dəsti; 38)1 ədəd çaydan; 39)3 ədəd çaynik; 40) 3 böyük qazan dəsti; 41) 2 orta qazan; 42) 2 dəst tava; 43) 2 dəst güldan; 44) 3 dəst vaza; 45) 1 dəst meyvə vazası; 46) 2 dəst kül qabı; 47) 3 dəst şüşə qab; 48) 4 dəst mürəbbə ("varena") qabı; 49) 4 dəst qənnadı qabı; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı; 51) qaşlı armudu + araq stəkanları; 52) armudu stəkan (qaşıqlı); 53) 1 dəst fincan dəsti ("çaşqa naboru"); 54) 1 dəst fincan ("çaşqa"); 55) xrustal stəkan 2 dəst; 56) xrustal qrafinka stəkanı ilə dəst; 57)qrafinka stəkanı ilə qızılı rəng dəst; 58) qrafinka göy qapaq dəst ("nabor") 59) viski qrafinka stəkanı ilə dəst ("nabor") gümüşü rəng; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng; 61) 3 formada rumkalar gümüşü rəng; 62) 2 dəst şirə bakalı ("sok rumkası"); 63) 4 dəst çay stəkanı; 64) 4 dəst nəlbəki; 65)3 dəst armudu stəkan; 66) 3 dəst nəlbəki; 67) 2 dəst razetka; 68)1 dəst limon qabı; 69)2 dəst gündəlik sini ("podnos"); 70) 2 dəst ləyən; 71)2 dəst səbət; 72)1 dəst aşsüzən; 73)iynə dəsti; 74)şpilka qabı; 75)tyorka; 76)meyvə doğrayan taxta; 77)hamam silən; 78)2 ədəd kalçuk qab; 79)soba (peç); 80) qoz çəkən; 81)qoz qıran; 82)banka bağlayan; 83)termus; 84)saat; 85)duz qabı dəsti; 86)su qrafini; 87)ləpə qabı; 88)1 dəst ədyal; 89)aşsüzən; 90)sarımsaq əzən; 91)çörək qabı; 92)2 dəst oxlov; 93)gəlin güzgüsü; 94)ələk-kəfkir; 95) kartof əzən; 96)süpürgə-xəkəndaz; 97)"İstikbal" yataq dəsti; 98)"İstikbal" qonaq dəsti; 99)standart döşək; 100) divan- kreslo; 101)"Samsung" markalı televizor; 102) )"Samsung" markalı soyuducu; 103)"Samsung" markalı paltaryuyan maşın; 104)aspirator; 105)toster; 106)mətbəxt mebeli, 107) ağ qızıl komplekt, 108) mirvari komplekt, 109) qızıl bəxt üzüyü, 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı, 111) qızıl üzük, sep (türkan adı yazılan), 112) qızıl uşaq sırğası, 113) brilyant qaşlı ağ-qızıl üzük alınaraq ididaçı X4 təhvil verilməsi, qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyəri cavabdeh Borclu tutularaq X4 ödənilməsi qət edilmişdir. X2 ərizə ilə məhkəmyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 saylı qətnaməsinin icra edilməsinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X2 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh Borclu siyahıda adları qeyd olunan əşyalardan 1) 2 ədəd çilçıraq; 2) 3 ədəd xalça; 3) 3 ədəd pərdə; 4) 3 ədəd süfrə; 5) 1 ədəd karniz; 6) ət çəkən; 7) şirə çəkən; 8) limon sıxan; 9) portağal sıxan; 10) kofe dəmləyən; 11) ütü; 12) mikser; 13) yemək bişirən peç; 14) tozsoran; 15) 1 ədəd lampa; 16) 1 ədəd "Samsung" markalı telefon; 17) 2 dəst pakrval; 18)1 dəst yorğan; 19) 1 dəst divan üstü; 20) 1 dəst hamam xalatı; 21) 2 dəst ədyal (nazik); 22) 2 dəst ədyal qalın; 23)6 dəst pastel; 24)8 dəst əl-üz dəsmalı; 25)12 dəst dəsmal canqurulayan və 2 dəst dəsmal naboru; 26) 6 dəst çay dəsmalı; 27) 2 dəst balış; 28) 6 dəst balış + 3 dəst yorğan + 3 dəst döşək; 29) nahar servisi; 30) gündəlik servis; 31) bıçaq dəsti; 32) tort qabı; 33) peçenye qabı; 34) 2 dəst ədviyyat qabı dəsti; 35) 3 dəst sini ("podnos") dəsti; 36) qaşıq-bıçaq çamadan dəsti; 37) gündəlik qaşıq-bıçaq dəsti; 38)1 ədəd çaydan; 39)3 ədəd çaynik; 40) 3 böyük qazan dəsti; 41) 2 orta qazan; 42) 2 dəst tava; 43) 2 dəst güldan; 44) 3 dəst vaza; 45) 1 dəst meyvə vazası; 46) 2 dəst kül qabı; 47) 3 dəst şüşə qab; 48) 4 dəst mürəbbə ("varena") qabı; 49) 4 dəst qənnadı qabı; 50) qaşlı 3 mərtəbə qab + 2 dəst qənnadı qabı; 51) qaşlı armudu + araq stəkanları; 52) armudu stəkan (qaşıqlı); 53) 1 dəst fincan dəsti ("çaşqa naboru"); 54) 1 dəst fincan ("çaşqa"); 55) xrustal stəkan 2 dəst; 56) xrustal qrafinka stəkanı ilə dəst; 57)qrafinka stəkanı ilə qızılı rəng dəst; 58) qrafinka göy qapaq dəst ("nabor") 59) viski qrafinka stəkanı ilə dəst ("nabor") gümüşü rəng; 60) qrafinka stəkanı ilə dəst gümüşü rəng; 61) 3 formada rumkalar gümüşü rəng; 62) 2 dəst şirə bakalı ("sok rumkası"); 63) 4 dəst çay stəkanı; 64) 4 dəst nəlbəki; 65)3 dəst armudu stəkan; 66) 3 dəst nəlbəki; 67) 2 dəst razetka; 68)1 dəst limon qabı; 69)2 dəst gündəlik sini ("podnos"); 70) 2 dəst ləyən; 71)2 dəst səbət; 72)1 dəst aşsüzən; 73)iynə dəsti; 74)şpilka qabı; 75)tyorka; 76)meyvə doğrayan taxta; 77)hamam silən; 78)2 ədəd kalçuk qab; 79)soba (peç); 80) qoz çəkən; 81)qoz qıran; 82)banka bağlayan; 83)termus; 84)saat; 85)duz qabı dəsti; 86)su qrafini; 87)ləpə qabı; 88)1 dəst ədyal; 89)aşsüzən; 90)sarımsaq əzən; 91)çörək qabı; 92)2 dəst oxlov; 93)gəlin güzgüsü; 94)ələk-kəfkir; 95) kartof əzən; 96)süpürgəxəkəndaz; 97)"İstikbal" yataq dəsti; 98)"İstikbal" qonaq dəsti; 99)standart döşək; 100) divankreslo; 101)"Samsung" markalı televizor; 102) )"Samsung" markalı soyuducu; 103)"Samsung" markalı paltaryuyan maşın; 104)aspirator; 105)toster; 106)mətbəxt mebeli, 107) ağ qızıl komplekt, 108) mirvari komplekt, 109) qızıl bəxt üzüyü, 110) qızıl uşaq sırğası, sepi, qolbağı və sancağı, 111) qızıl üzük, sep (türkan adı yazılan), 112) qızıl uşaq sırğası, 113) brilyant qaşlı ağqızıl üzükdən ibarət əmlakların ona təhvil verilməsi, qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyərinin cavabdeh Borclu tutularaq ona ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Lakin hal-hazırda o, bir övladı ilə kirayəyə ev axtarır. Münasib qiymətə kirayə ev tapacağı təqdirdə həmin cehiz əmlaklarını çıxaracaqdır. Qarşıdan soyuq ayları gəldiyini, eyni zamanda kirayə haqları bu aylarda yüksək olduğunu, buna görə də mənzil və yaşayış yeri tapmaqda çətinlik çəkdiyini, ona mənzil tapmaqda kömək edəcək şəxs və qohum-əqrabaları olmadığını qeyd edərək, hazırkı qətnamənin icrasına müəyyən bir vaxt ərzində möhlət verilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi-X2 ərizəsini müdafiə edərək, ərizədə qeyd olunanlara uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış, (həmçinin elektron məhkəmə informasiya sistemi vasitəsilə SMS bildiriş göndərilmiş), lakin onlar məhkəmə iclasına gəlməmişlər və məhkəmə müvafiq ərizəyə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, tələbkarın izahatını dinləyib, ərizəni və ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 14-cü bəndinə əsasən məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinin müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə qeyd edir ki, qanunun mənasına görə qətnamənin icrasına möhlət verilməsi dedikdə, icra hərəkətlərinin birdəfəlik deyil, müəyyən müddətə və hissələrlə (mərhələlərlə) həyata keçirilməsi başa düşülür. Qanunvericiliyin istinad edilən müddəalarından göründüyü kimi, məhkəmə qətnaməsinin icrasına möhlət verilərsə, bu məsələnin həllində hər iki tərəfin, yəni borclu və tələbkarın mənafeyi eyni cür qorunmalıdır. Həmçinin, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının icrasına möhlət verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası borclunun da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, borclunun qətnamənin icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, icra sənədi cehiz əmlakların mənzildən çıxarılması ilə bağlıdır. Belə olan halda, icra sənədinin icrası borclunun hərəkət və hərəkətsizliyindən asılı deyildir. Nəzərə alınsa ki, icra sənədinin icrasına möhlət verilməsi qanunla borclu şəxsin mülkiyyət hüququnun pozulması ilə müəyyən edilir və hazırki halda borclunun maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Bundan başqa qeyd edilməlidir ki, tələbkar ərizəsində bir övladı ilə kirayə ev axtardığını, soyuq aylarda kirayə haqlarının yüksək olduğunu, buna görə də mənzil və yaşayış yeri tapmaqda çətinlik çəkdiyini, ona mənzil tapmaqda kömək edəcək şəxs və qohum-əqrabaları olmadığını qeyd etsə də, bununla bağlı ərizəsinə hər hansı sübut əlavə etməmişdir Bu baxımdan məhkəmə hesab edir ki, tələbkarın ərizəsində irəli sürdüyü hallar, qətnamənin icrasına möhlət verilməsi üçün qanunvericiliyin müəyyənləşdirdiyi meyara cavab verməməkdədir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)- 895/2022 nömrəli icra sənədinin icrasına möhlət verilməsi borclunun maraqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli, 2(004)-895/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar