Məhkəmə qərarları › İş №8(004)-750/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-750/2022

05.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-750/2022 05.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Qasımova Aytən Eçin qızının katibliyi, Tələbkar nümayəndəsi X1 iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6804/2020 saylı icra sənədinə əsasən Borclu 7000(yeddi min) ABŞ dolları(ödəniş günü ABŞ dollarının manata məzənnəsinə nəzərə almaqla,manatla) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir.İş üzrə Borclu xx.xx.2022-ci il tarixində könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahı xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Bu səbəbdən də borcun ödənilməsi təmin edilməmişdir.Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1979-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar nümayəndəsi X2 izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə cəmi 1000 manata yaxın ödəniş edilmişdir. Borclu icra sənədini hissə-hissə yox birdəfəlik ödəməlidir, lakin ödəniş etmir. Təqdimatın təmin edilməsini məhkəmədən xahiş edir. Yasamal rayon icra şöbəsinə və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tələbkarın iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6804/2020 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddiaçı Tələbkar şikayəti qismən təmin edilmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-1093/2020 saylı qətnaməsi cavabdeh Borclu 30.000(otuz min) ABŞ dolları(ödəniş günü ABŞ dollarının manata məzənnəsinə nəzərə almaqla, manatla) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməsi hissəsində dəyişdirilməsini, cavabdeh Borclu 7000 (yeddi min) ABŞ dolları (ödəniş günü ABŞ dollarının manata məzənnəsinə nəzərə almaqla, manatla) məbləğində pul vəsaiti tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlama haqqında qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6804/2020 saylı icra vərəqəsi üzrə xx.xx.2021-ci il tarixdə icraata başlanılmış və borclu icra sənədinin 10 gün müddətində könüllü icrası barədə bildirişlə tanış olmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, icra məmurunun təqdimatından görünür ki, icra sənədləri icraata qanuna müvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin icra edilməsinə dair bildirişlə birlikdə borclu şəxsin qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclu tərəfindən ödənilməli olan borcun ödənilməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq Borclu icra sənədinin icrasından qərəzli olaraq yayınmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borcluların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-6804/2020 saylı icra sənədinin icrası məqsədilə, xx.xx.1979-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar