Məhkəmə qərarları › İş №8(004)-751/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-751/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-751/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, X1 nümayəndəsi X5, Tələbkar iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3648/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin hissə-hissə icra olunması barədə X1 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək Tələbkar qətnamə üzrə 8513,6 manat borcun hissə-hissə, yəni ayda 50 manat X2ndan tutularaq ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, iddiaçı, Tələbkar ona qarşı “atalığın mübahisələndirilməsi və pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya məhkəməsinin 22.06. 2022-ci il tarixli, 2( 103)-3648/2022 saylı qətnaməsinə əsasən iddianı təmin etmişdir. Belə ki, ondan 8513,6 manat tutulmasını qət etmişdir. Hal-hazırda həmin qətnamə qüvvəyə minmişdir və icra edilməsi üçün Yasamal rayon İcra və Probasiya şöbəsinin icraçısı X8 tapşırılmışdır. Hal-hazırda borcun ödənilməsi ilə bağlı o, qətnamənin icra edilməsinə etiraz etmir, yəni dövlətin adından çıxarılmış qətnamə mütləq qaydada icra edilməlidir. Hazirda maddi və əmlak vəziyyəti, borcu ödəməyi o qədər ağırdır ki, tərəfindən qətnamədə göstərilən məbləği tam ödəyə bilmirəm. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisələndirdiyi qətnaməni hissə- hissə icra edə, yəni hər ay 50 manat civarında borcun ödənilməsini təmin edə bilər. Belə ki başqa banklarla bağlı məhkəmə qərarları vardır. Maaşından 50 faiz tutulur. Himayəmdə azyaşlı övladı var. Yuxarida qeyd edilənləri əmlak vəziyyəti, yaşayış minimuma əsasən öz xərclərinin ödənilməsini və maddi vəziyyəti araşdırıb həmin borcun hissə hissə ödənilməsində köməklik göstərməyini xahiş edir. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi X7 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Bakı Apellyasiya məhkəməsinin 22.06. 2022-ci il tarixli 2(103)-3648/2022 saylı qətnaməsinə əsasən cavabdeh X3 8513,6 manat tutularaq iddiaçıya ödənilməsi qət etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, tələbin borclunun əmək haqqına və digər gəlirlərinə yönəldilməsinə aşağıdakı hallarda yol verilir: 63.1.1. vaxtaşırı ödəmələrin tutulması haqqında icra sənədləri icra edildikdə; 63.1.2. icra sənədində göstərilən tələb üzrə tutulmalı olan məbləğin həcmi bu Qanunun 65-ci maddəsində müəyyən edilmiş miqdardan artıq olmadıqda; 63.1.3. tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin Qanunun 65.2-ci maddəsinə görə, tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Həmin Qanunun 65.3-cü maddəsinə görə isə, alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Mülki prosessual qanunvericiliyin tələbinə görə qətnamənin icra üsulunu və qaydasını dəyişdirilməsində məqsəd işdə iştirak edən şəxslərin əmlak vəziyyətinə və digər hallara əsasən icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsindən ibarətdir. Hazırki halda isə ərizəçi X6 Bakı Apellyasiya məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)- 3648/2022 saylı icra sənədinin icra üsulunun dəyişdirilməsinə əsas olan, əmlak vəziyyəti və digər hallarla bağlı heç bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən icra sənədi üzrə icra hərəkətləri qanunun tələblərinə müvafiq qaydada aparıldığından və bu səbəbdən də ərizə əsassız olduğundan, təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230-cu və 263- 264, 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Bakı Apellyasiya məhkəməsinin 22.06. 2022-ci il tarixli, 2( 103)-3648/2022 saylı icra sənədinin hissə-hissə icra olunması barədə X1 ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar