Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-752/2023 11.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi, Yasamal Rayon İcra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun, Borclu iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-694/2023 saylı, xx.xx.2023-cü il tarixlili icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra və probasiya şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun təqdimatına Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən 25 dekabr 2007-ci il təvəllüdlü X2 və 10 yanvar 2012-ci il təvəllüdlü X1 üçün alimentin tutulmasının əvvəli 22 noyabr 2022-ci il tarixdən hesablanmaqla, cavabdeh Borclu qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında və hər ay hər bir uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment alınıb iddiaçı Tələbkar verilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4 təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-694/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru Rəhman Atamoğlanov ərizə verərək borcdan 40% ödənildiyindən Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın geri qaytarılmasını xahiş edir. Məhkəmə təqdimatı nəzərdən keçirərək qeyd edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə görə iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 263, 264 268-ci maddələrinə əsasən Qəraraaldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001 )-694/2023 saylı, xx.xx.2023-cü il tarixlili icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Rəhman Atamoğlanovun təqdimatı və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-752/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-752/2023
11.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver