Məhkəmə qərarları › İş №8(004)-761/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-761/2023

13.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-761/2023 13.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, İmanzadə Ziya Yadigar oğlunun katibliyi ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən X1 cəmi 369 manat məbləğində pul tutularaq tələbkar "xxxx" MMC-ya ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə borclu X3 göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan X2 məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə təqdimatı və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, borclu X2 icra məmurunun çağırışına baxmayaraq, Yasamal rayon icra şöbəsinə gəlməkdən üzüsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və X4 barəsində məcburi gətirilmə tədbiri tədbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-4015/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1988-ci il təvəllüdlü Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi 5 ünvanında qeydiyyatda olan borclu X4 Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar