Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-766/2025 21.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadənin təqdimatına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 5661,7 manat əsas, 771,43 manat faiz, 50,54 manat cərimə borcu və 84,84 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6568,51 manat məbləğdə pul vəsaiti Borclu tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Paşa Paşazadə təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu xx.xx.2000-ci il tarixdə anadan olmuş, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 76 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə icraatına daxil olmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1182/2025-012 nömrəli, xx.xx.2025cü il tarixli icra vərəqəsinə əsasən 5661,7 manat əsas, 771,43 manat faiz, 50,54 manat cərimə borcu və 84,84 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6568,51 manat məbləğdə pul vəsaiti Borclu tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə Borclu xx.xx.2025-ci tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasın! məqsədə müvafiq hesab edir. İcra sənədi üzrə tələbkara, borcluya və təqdimatı verən icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Tələbkar, borclu və təqdimatı verən icra məmurunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata borclu, tələbkar və təqdimatı verən icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən 5661,7 manat əsas, 771,43 manat faiz, 50,54 manat cərimə borcu və 84,84 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6568,51 manat məbləğdə pul vəsaiti Borclu tutularaq "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Təqdimata əlavə edilmiş “tələbin könüllü icrası haqqında” xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədində göstərilən tələbin Borclu tərəfindən 10 gün müddətində könüllü icra edilməsi xahiş edilmişdir. Məhkəmə aliment borcu ilə bağlı digər icra tədbirlərinin nəticə vermədiyini və görülən icra tədbirinin icra sənədinə mütənasibliyini nəzərə alaraq qeyd edir ki, təqdimat təmin edilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 267- 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.2000-ci il tarixində Mingəçevir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1182/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-766/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-766/2025
21.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver