Məhkəmə qərarları › İş №8(004)-767/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-767/2025

18.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-767/2025 18.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X13-Məmmədova Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi, X1, Borclular Borclu1 və Borclu2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayətə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə tələbkar X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarının ləğv olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5272/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, ev 81, 22 saylı mənzilinin və "Mercedes Benz C180 minik" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/½ hissəsinə iddiaçı X2, digər hissəsinə isə cavabdeh Borclu1 mülkiyyət hüququ edilməklə bölünsün. müəyyən ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş, **********2-11301 reyestr nömrəli Çıxarış ləğv edilsin. ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) və Bakı şəhəri, Yasamal rayonu, S.Mehdiyev küçəsi, Xİ saylı binanın həyətində olan qeyri-yaşayış sahəsinə (qaraj) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququ tanınması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5272/2023 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin... ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə X3 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; ünvan 2 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması hissəsinə izah verilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin... ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və Ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması hissəsi-Borclu2 hazırda mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Günəş" b/y 3-cü keçid 4 ünvanında yerləşən **********92-11301 reyestr nömrəli bağ evini və ona aid torpaq sahəsini də ehtiva etdiyindən üzərində ½ hissədə X2, ½ hissədə isə Borclu1 paylı mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X10 «lera sənədinə xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5272/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınıb. Qərarın nəticə hissəsində tələbkar tərəf olaraq ona göndərilməsi göstərilsə də qərar ona göndərilməmiş, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilə etdiyim şikayətə cavab məktubunda xx.xx.2025-ci il tarixli “İcra sənədinə xitam verilməsi haqqında” qərar qəbul olunması qeyd edilmişdir. Bundan sonra, icra şöbəsinə yaxınlaşaraq, sözügedən qərarı xx.xx.2025-ci il tarixində əldə etmişdir. Aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X10 «İcra sənədinə xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X10 «İcra sənədinə xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı tam olaraq icra edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-5272/2023 saylı qərardadında ünvan 1 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı "ASAN Xidmət" Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi qeyd edilsə də, icraata xitam qərarında Borclu2 mülkiyyət hüququ saxlanılması müəyyən edilir. Bu isə o anlama gəlir ki, bu hissədə qərardad icra edilməmişdir. Bundan əlavə, sözügedən qərardadda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, "Günəş" by 3-cü keçid 4 ünvanında yerləşən **********92-11301 reyestr nömrəli bağ evini və ona aid torpaq sahəsini də ehtiva etdiyindən üzərində ½ hissədə X2, hissədə isə Borclu1 paylı mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməsi qeyd edilsə də, icraata xitam qərarında yalnız tərəflər arasında payların müəyyən edilməsi qeyd edilmişdir. Belə ki, Borclu2 mülkiyyət hüququ saxlanıldığından hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququ tanına bilməmişdir. Belə ki, əmlak tam olaraq iki şəxs arasında bölünməli olduğu halda, icra sənədində tərəflər paylı mülkiyyətçi kimi göstərilmiş, nəticədə əmlak üç şəxs arasında bölüməli olmuşdur. Burada da icra sənədinin icra edilməməsi aşkar olunur. Yuxarıda qeyd edilənlər onu göstərir ki, Bakı şəhəri Yasamal rayon lera Şöbəsinin icra məmuru X10 «İcra sənədinə xitam verilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərarı əsaslandırıla bilməmiş, qərar tam icra edilməmiş, icra məmuru Emil Abiyev icra sənədini icra olunmasına səhlənkar yanaşmış, icraata xitam qərarını qəbul etdikdən sonra uzun müddət ondan gizlətmiş, yalnız şikayət əsasında həmin qərarı əldə edə bilmişdir. Şübhəsiz ki, qərarın icra edilməməsini bilməsi və onun həmin qərardan şikayət etməsini nəzərə alacağından qərar ona göndərilməmişdir. Yuxarıda qeyd olunanlardan görünür ki, icra məmurunun qərarı icra hərəkətsizliyi ilə birbaşa hağlıdır. Belə ki, icra məmuru icra sənədinin icra edilməsi üçün bütün icra hərəkətlərini etməli olduğu halda bunu etməmişdir. Belə ki, yalnız dövlət orqanlarına müraciət etməklə, işini bitmiş hesab etmişdir. Halbuki, icra məmurunun tələblərini yerinə yetirməyən dövlət orqaı barəsində tədbirlərin görülməsi icra məmurunun səlahiyyətindədir və bu onun vəzifə borcudur. Məhkəmə iclasında iştirak edən tələbkar X5 şikayəti müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmiş, izahatında bildirmişdir ki, əmlakı çoxuşaqlı valideyn kimi birgə nikah dövründə əldə etmişlər. İcra məmuru onun işi ilə məşğul olmayıb. Mülki iş icraya daxil olduqdan sonra onun sənədi əmlakların bölünməsi üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın X17 Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilib. Onun narazı olduğu hissə bağ evi ilə bağlıdır. O, yayda bağ evinin 2-ci mərtəbəsində idi. Borclu2 evin ona verilməsini istəyib və qaynı evi ələ keçirmək istəyib. Nicat adlı şəxsin əmlakın yarısını aldığı müəyyən olunub. O, qətnamənin icra edilməsini istəyir. Birgə nikah dövründə əldə olunmuş əmlakla bağlı hissəni istəyir. O, çıxarışın əldə edilməsindən imtina etmişdir. Əmlakın hansı hissəsinin ona verildiyi qeyd edilməlidir. 252 kv.m sahəsi olan əmlak və 5 sot sahəsi olan torpaq sahələri var. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobilin hissələri satılıb, yalnız maketi qalıb və onunla bağlı iddiası yoxdur. Məhkəmə iclasında iştirak edən Borclu1 şikayətə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu1 şikayətin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Borclu2 şikayətin təmin edilməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayət ərizəsi, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2476/2023 saylı, 20 iyun 2023- cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək birgə nikah dövründə əldə edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi, ev 81, 22 saylı mənzilinin və “Mercedes Benz C180 minik” markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ½ hissəsinə iddiaçı X2, digər ½ hissəsinə isə cavabdeh Borclu1 mülkiyyət hüququ müəyyən edilməklə bölünməsi; iddiaçı X5 tərəfindən ödənilmiş 100 manat məhkəmə məsrəfinin (dövlət rüsumunun və mediasiya ödənişinin) 50 manatın cavabdeh Borclu1 tutularaq iddiaçı X4 ödənilməsi, 50 manatın isə iddiaçı X2 özünə aid edilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5272/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X2 apellyasiya şikayəti qismən təmin edilərək, mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2476/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinin qismən, yəni iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi, ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) və Bakı şəhəri, Yasamal rayonu, S.Mehdiyev küçəsi, Xİ saylı binanın həyətində olan qeyri-yaşayış sahəsinə (qaraj) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması, iddia ərizəsi və apellyasiya şikayətinin verilməsi üçün ümumilikdə ödənilmiş 150 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5272/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin... ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması hissəsinə izah verilməsi, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, 16 oktyabr 2023-cü il tarixli qətnaməsinin... ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin bağışlanması barədə Borclu1 və Borclu2 arasında bağlanmış 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin notariat ofisində təsdiq edilmiş 49-703 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** saylı qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş 0**********2-11301 reyestr nömrəli Çıxarışın ləğv edilməsi; ünvan 3 ünvanında yerləşən 0,05 hektar torpaq sahəsi və ümumi sahəsi 252,7 kv.m olan bağ evinə (vahid əmlak olmaqla) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması hissəsi - Borclu2 hazırda mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y 3-cü keçid 4 ünvanında yerləşən **********92-11301 reyestr nömrəli bağ evini və ona aid torpaq sahəsini də ehtiva etdiyindən üzərində ½ hissədə X2, ½ hissədə isə Borclu1 paylı mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab edilməsi, qərardadın icrasının Daşınmaz Əmlakın X17 Reyestri X16n 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” xx.xx.2025ci il tarixli qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023-009 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. Həmin qərarın məzmunundan görünür ki, “İcra sənədinin icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə aidiyyətı hissələrdə icra olunması üçün 6 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinə və Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə müraciət olunmuşdur. 6 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisi tərəfindən həmin məktuba cavab olaraq bildirilmişdir ki, 4Ə-703 saylı, xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi barədə “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemində, notariat hərəkətlərinin 4Ə reyestr kitabinda və müqavilənin notariat ofisində saxlanılan nüsxəsində müvafiq qeydlər aparılmışdır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən həmin məktuba cavab olaraq bildirilmişdir ki, icra sənədində qeyd olunan avtomobil xx.xx.2015-ci il tarixdə Borclu1 adına qeydiyyata alınmış, xx.xx.2023-cü il tarixdə alqısatqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq X6 adına rəsmiləşdirilmişdir. Eyni zamanda nəqliyyat vasitəsi mübahisəli olduğunda üzərinə qeydiyyatla bağlı məhdudiyyət qoyularaq müvafiq qeydlər aparılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubumuza cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Ak.Ş.Mehdiyev küçəsi ev 81, 22 saylı mənzilin ½ hissəsinə iddiaçı X2, digər ½ hissəsinə isə cavabdeh Borclu1 mülkiyyət hüququnun müəyyən edilməklə bölünməsi və Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, Xİ saylı binanın həyətində olan qeyri-yaşayış sahəsinə (qaraj) ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması hissələrində idarə tərəfindən icra edilmişdir. Lakin icra vərəqəsindəki qeyd olunan ünvan 3 ünvanında yerləşən 0,05 hektar rorpaq sahəsinin və ümumi sahəsi 252,7 kv.m olan bağ evinin Borclu2 və X7 müvafiq reyestr nömrəli əmlaklara bölündüyündən və hazırda onların mülkiyyətində olduğundan, ½ hissədə X2, ½ hissədə isə Borclu1 pay hüququnun tanınması mümkün olmamışdır. Bundan sonra tərəflərindən Bakı Apellyasiya Məhkəməsinə xx.xx.2024-cü il tarixdə izahla bağlı ərizə ilə müraciət olunmuş və izah məhkəmə tərəfindən qismən təmin edilmişdir. Belə ki, həmin məhkəmə Borclu2 hazırda mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y 3-cü keçid 4 ünvanında bağ evinin və ona aid olan torpaq sahəsini də ehtiva etdiyindən ½ hissədə X2, ½ hissədə isə Borclu1 paylı mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab etmişdir. Bundan sonra qərardad icra olunması üçün aidiyyəti üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri X16nin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş və məktubumuza cavab olaraq bildirilmişdir ki, qeyd olunan qərardad icra olunaraq Bakı şəhəri, Suraxanı r-nu, Hövsan qəsəbəsi, Günəş b/y, 3-cü keçid, 4 ünvanında yerləşən bağ evinə dair Borclu2 adına verilmiş dövlət reyestrindən çıxarış ləğv edilmiş və bağ evi üzərində Borclu1 və X2 paylı mülkiyyət hüquqları qeydiyyata alınmışdır. 150 manat dövlət rüsumu isə cavabdehlərin pensiyasından müştərək qaydada inkasso sərəncamı tətbiq edilmiş və icra olunmuşdur.” Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatı tərəfindən X4 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli (103)-5272/2023 saylı qətnaməsinin icra edilmədiyi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) göndərdiyi müraciət əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət edilmişdir. Verilmiş cavabda bildirilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində yerləşən 81 saylı evin 22 saylı mənzili və "Mercedes-Benz C180" markalı avtomobil Borclu1 ilə aralarında ½ hissədə bölünməli, Bakı şəhəri, Suraxanı rayonu, Günəş qəsəbəsi 3-cü keçid 4 saylı bağ evinin və 0,05 ha torpaq sahəsinin bağışlanması barədə müqavilə etibarsız hesab edilməli və verilmiş çıxarış ləğv edilməlidir. Bakı şəhəri, Suraxanı rayonu, Günəş qəsəbəsi 3-cü keçid 4 saylı bağ evi və 0,05 ha torpaq sahəsi, eləcə də Bakı şəhəri, Yasamal rayonu, S.Mehdiyev küçəsi Xİ saylı binanın həyətində olan qeyri-yaşayış sahəsi üzərində tərəflərin ½ hissədə pay hüququ lanınmalıdır. Bakı şəhəri Yasamal rayon icra şöbəsində başlanmış icraat zamanı icra sənədi aidiyyəti hissələrdə icrasının təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinə, Daşınmaz Əmlakın X17 Reyestri X16n 1 saylı Bakı ərazi idarəsinə və 6 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat ofisinə göndərilmiş, Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş cavab məktubunda sözügedən nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinə əsasən Nailə Həsənovanın adına rəsmiləşdirildiyi, lakin na baxmayaraq elektron informasiya sistemində həmin avtomobilə məhdudiyyət tətbiq edildiyi bildirilmiş, digər qurumlardan verilmiş cavab məktubunda icra sənədində göstərilən tələblərin təmin olunaraq tərəflərin ½ hissədə paylarının müəyyən edildiyi qeyd edilmişdir. Cavabda, həmçinin qeyd edilmişdir ki, icra məmuru tərəfindən icra sənədi üzrə icraata xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixdə qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri X16 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna 3-21-3-30/2-51017/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubla cavab ünvanlayaraq bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y, 3cü keçid, 4 ünvanında yerləşən bağ evi xx.xx.2024-cü il tarixdə hər birinə 1/2 hissə olmaqla Borclu1 və X2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətlərindədir. Sorğunun icrası ilə əlaqədar olaraq bəhs edilən çıxarışın təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X17 Reyestri X16 tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********92-11301 reyestr nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, “Günəş” b/y, 3-cü keçid, 4 ünvanında yerləşən ümumi sahəsi 146,7 kv.m olan bağ evi paylı mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixdə hər birinə 1/2 hissə olmaqla Borclu1 və X2 adlarına dövlət reyestrində qeydiyyata alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 20.1-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.1. məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə; 20.1.3. tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə; 20.1.4. icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; 20.1.4-1. qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; 20.1.4-2. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə; 20.1.5. icra sənədi tam icra olunduqda. 20.2-ci maddəsinə əsasən, İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən bu Qanunun 20.1-ci maddəsi ilə müəyyən edilən hallar aşkar edildiyi gündən 3 iş günü müddətində həmin hallara istinad edilməklə əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən 1 iş günü müddətində yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə həmin qərardan bu Qanunun 20.5-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti keçdikdən sonra icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. 20.5-ci maddəsinə əsasən, Tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq “icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, İcra haqqında Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə əsasən, icra sənədində olan bütün tələblər icra olunduqda icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul edir. Yuxarıda göstərilən sənədlər (Notariat Ofisinin, BDYPİ-nin, X17 Reyestri X16nin cavabları) icra sənədindəki bütün tələblərin (əmlakın bölünməsi, müqavilənin ləğvi, rüsumun tutulması) tam icra edildiyini təsdiq edir. Tələbkarın icra məmurunun qərarı ona gec göndərməsi ilə bağlı bildirdikləri isə icra məmurunun qərarının qanunauyğunluğuna təsir etmir. Yəni, qərarın gec göndərilməsi icra sənədinin özünün icra olunmaması faktını göstərmir. Tələbkar Ombudsmana müraciət etdikdən sonra qərarı əldə etmiş və şikayət etmək hüququndan istifadə edə bilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan rədd edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264-cü, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5272/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X11 “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar