Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-769/2023 14.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi ilə, Bakı şəhəri Yasamal rayon icra şöbəsindən daxil olmuş “borclunun məcburi gətirilməsi barədə” təqdimata açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4012/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə, borclu xx.xx.1996-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4012/2023 saylı, xx.xx.2023-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 621 (altı yüz iyirmi bir) manat əsas, 62 (altmış iki) manat məbləğində cərimə, cəmi 683 (altı yüz səksən üç) manat məbləğində pul iddiaçı Tələbkar MMC-nin xeyrinə tutulsun. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdeh Borclu tutularaq Tələbkar MMC-yə ödənilməlidir. Həmin icra sənədi xx.xx.2023-ci il tarixdə icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul edilərək bildiriş vasitəsi ilə Borclu göndərilmiş, lakin borclu icra sənədində göstərilmiş tələbi təmin etməkdən və bununla bağlı Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlib izahat verməkdən yayınır. Borclu məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi haqqında qərar qəbul edilərək məlumat üçün borcluya göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər və icra məmuru məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-in 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalı, icra sənədinin icrası ilə əlaqədar Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4012/2023 saylı icra sənədinə əsasən, Borclu tərəfindən 621 (altı yüz iyirmi bir) manat əsas, 62 (altmış iki) manat məbləğində cərimə, cəmi 683 (altı yüz səksən üç) manat məbləğində borc pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Borclu adına ünvanlanmış xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcluya icra sənədinin icrası barədə xəbərdarlıq edilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan borcunu icra etməkdən və icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınmışdır. Təqdimata əlavə edilmiş icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Borclu tələbi könüllü icra etməsi təklif olunmuşdur. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərara əsasən borclunun məcburi gətirilməsi üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə təqdimat verilməsi qərara alınmış və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunmuşdur. Təqdimata əlavə edilmiş “Sms bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki, icra məmuru tərəfindən müvafiq bildirişlər göndərilməklə borcludan icra sənədi üzrə tələbinin təmin edilməsi üçün Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə yaxınlaşması xahiş edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-4012/2022 saylı icra sənədi üzrə məsuliyyətə cəlb olunma barədə xəbərdarlığa baxmayaraq, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gəlməkdən, eləcə də məhkəmə qərarı ilə müəyyən edilmiş borcunu ödəməkdən üzrsüz səbəbdən yayındığından, o, Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 267-268, 395-396-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. xx.xx.1996-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-769/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-769/2023
14.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver