Məhkəmə qərarları › İş №8(004)-774/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-774/2023

15.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-774/2023 15.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Yasamal Rayon Şöbəsinin icra məmuru Emil Abiyevin “borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 məcburi gətirilməsi haqqında” təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e- 2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu "xxxx" MMCdən xx.xx.2022-ci il tarixli yazılı formada bağlanmış 2 (iki) borc müqaviləsi üzrə müvafiq olaraq 32.000 manat və 40.000 manat olmaqla ümumilikdə 72.000 (yetmiş iki min) manat əsas borc, 3840 (üç min səkkiz yüz qırx) manat gecikdirilmiş günlərə görə faiz məbləği, 170 (yüz yetmiş) manat hüquqi yardımın göstərilməsinə görə vəkil xərci və dövlət rüsumu kimi ödənilmiş 318,03 (üç yüz on səkkiz manat üç qəpik) manat pul tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Həmin icra sənədi üzrə xx.xx.2023-cü il tarixdə başlanılmış icraat zamanı göstərilən vəsaitin "xxxx" MMC tərəfindən könüllü ödənilməsi təmin edilməmişdir. Borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 məhkəmə qərarının icrasını təmin etmək məqsədilə bir neçə dəfə icra şöbəsinə dəvət edilsə də, icra məmurunun qanuni çağırışlarına gəlməmişdir. Borcluya, tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, işdə iştirak edən şəxslərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tələbin könüllü icrası ilə bağlı bildiriş borcluya göndərilmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş materialları araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunın çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1.3-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tədbiqinə əsas verir. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə qərarının üzrsüz səbəbdən icra olunmaması, hüquq münasibətlərinin subyektləri arasında hüquqi nihilizmin qarşısının alınması, hüquq qaydasının, qanuna itaətin təmin olunması məqsədi ilə, həmçinin iş materialları nəzərə alınmaqla, icra sənədi əsasında borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 icra sənədini üzürsüz səbəbdən icra etmədiyi üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 Yasamal Rayon İcra Şöbəsinə məcburi gətirilməlidir. Məhkəmələr qanunun gücü ilə subyektlər üzərində nəzarəti həyata keçirtməklə mükəlləfdirlər. Hüquq normalarının birbaşa tətbiqi ilə məşğul olan məhkəmələr hüquq münasibətlərinin subyektləri arasındakı mübahisələri ədalətli şəkildə tənzimlədikdə məhkəməyə və hüquq sisteminə olan etimad artır, əks halda, inamsızlıq, hüquqi nihilizmin geniş vüsət almasına səbəb olmaqla hüquqi dəyərlərin aşınması ilə nəticələnir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Şöbəsinin icra məmuru Emil Abiyevin “borclu "xxxx" MMC-nin rəhbəri Borclu1 məcburi gətirilməsi haqqında” təqdimatı təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3635/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu "xxxx" MMC-nin rəhbəri xx.xx.1989-cu il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 məcburi qaydada Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə və Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar