Məhkəmə qərarları › İş №8(004)-777/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-777/2025

23.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-777/2025 23.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Tələbkar Rəhimli (Hüseynova) Nərmin Nazim qızının iştiraki ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 təqdimatına məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X11 təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə icraatına daxil olmuş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4396/2023-011 nömrəli, xx.xx.2023cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X2 ödənilməlidir. İş üzrə Borclu xx.xx.2024-cü tarixdə könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən ürzsüz səbəbdən boyun qaçırmışdır. Belə olan halda məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyi üçün və ölkənin hüdudlarını tərk etmək ehtimalını nəzərə alaraq, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədə müvafiq hesab edir. Məhkəmə iclasında iştirak edən Rəhimli (Hüseynova) Nərmin Nazim qızı təqdimatla razılaşaraq, təqdimatın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, borclu cəmi 2-3 ay ödəniş etmiş, daha sonra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə borcluya və icra məmuruna qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın izahatını dinləyərək, təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X8 anaları X1 yanında saxlanılmalı, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdeh Borclu hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq iddiaçı X2 ödənilməli, alimentin tutulma müddəti xx.xx.2021-ci il tarixdən hesablanmalı, alimentin tutulması dərhal icra edilməlidir. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraat başlanılmış, borcluya icra sənədində göstərilən tələbi 10 gün müddətində təmin etməsi təklif olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin xx.xx.2024-cü il tarixli, e321440/2023-53- 29-004 nömrəli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması borcluya təklif olunmuşdur. e321440/2023-53-29-004 nömrəli icra işində olan: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X9, hal şahidləri X7, X4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, onlar Borclu icra sənədində göstərilən Əlibəy Hüseynzadə küçəsi, dalan 8, ev 2 ünvanında olmuş və müəyyən edilmişdir ki, borclu bu ünvanda yaşamır. Kapital Bank ASC tərəfindən verilmiş Tələbkar bank hesabından xx.xx.2024xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Tələbkar hesabına xx.xx.2024-cü il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 350 manat, xx.xx.2025-ci il tarixdə 350 manat ödənişlər edilmişdir. Borclu tərəfindən Yasamal rayon İcra şöbəsinə verilmiş xx.xx.2025-ci il tarixli iltizamdan görünür ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 nömrəli, xx.xx.2023-cüil tarixli icra sənədi ilə bağlı aliment borcunu tam şəkildə sentyabr ayının 10-a kimi ödəməyə söz vermiş, ödəmədiyi təqdirdə qanunla nəzərdə tutulmuş məsuliyyət ona izah olunmuşdur. Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli “borclunun axtarışı haqqında” qərarına əsasən, xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə məhkəmə icraçısının olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə icra işini araşdıraraq, icra işindəki sənədlərə hüquqi qiymət verərək hesab edir ki, təqdimat əsaslıdır, məhkəmə qərarı əsasında verilmiş icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzürsüz səbəbdən icra edilməmişdir. İş materiallarından görünür ki, borclu icra şöbəsi tərəfindən ona xəbərdarlıq edilməsinə baxmayaraq, icra sənədini icrasını təmin etməmişdir. Kapital Bank ASC tərəfindən verilmiş Tələbkar bank hesabından xx.xx.2024-xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, Tələbkar hesabına xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək ümumilikdə 1273,84 manat ödəniş edilmişdir. Borclu İcra şöbəsinə borcu tam şəkildə ödəyəcəyinə dair vəd verərək, iltizam imzalamış, lakin aliment borcunu ödəməmişdir. İcra şöbəsi tərəfindən borclunun yaşayış yeri müəyyən edilə bilməmiş, bu səbəbdən borclu barəsində axtarış elan edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 231, 263-264, 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4396/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu - xx.xx.1984-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon icra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar