Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-778/2022 22.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin izah edilməsinə dair tələbkar (ərizəçi) X1 nümayəndəsi və vəkili X2 ərizəsinə baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə, iddiaçı X1 cavabdehlər Borclu1 və Borclu2 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddiasının təmin edilməsi qət edilmişdir. Tələbkar (ərizəçi) X1 nümayəndəsi və vəkili X3 ərizə ilə məhkəmə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018ci il tarixli qətnaməsinin izah edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan müddətin bərpasına dair ərizəyə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizən və əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığına görə geri qaytarılmalıdır. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin izah edilməsinə dair ərizə tələbkar X1 nümayəndəsi və vəkili X3 tərəfindən imzalansa da, onun səlahiyyətini təsdiq edən sənədlər şikayətə əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 69.1-ci maddəsinə görə hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə görə nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.5-ci maddəsinə görə isə vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində qətnaməyə izah verilməsinə dair ərizənin geri qaytarılmasını tənzimləyən norma olmadığından məhkəmə hesab edir ki, bu halda qanunun analogiyası tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 69.1, 73, 152.1.2, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin izah edilməsinə dair tələbkar (ərizəçi) X1 nümayəndəsi və vəkili X2 ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №8(004)-778/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-778/2022
22.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver