Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-779/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X8 oğlunun katibliyi ilə, X2 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizə ilə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2426/2023 saylı qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilərək ondan tutulmalı olan pul vəsaitinin əmək haqqına yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2426/2023 saylı qətnamə və icra vərəqəsinə əsasən ondan 3547 manat əsas borc, 231 manat 76 qəpik faiz borcu olmaqla cəmi 3778 manat, 76 qəpik və 57 manat, 79 qəpik dövlət rüsmunun tutularaq tələbkar "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, eləcə də ondan 100 manat məbləğində pul vəsaitinin tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamə icra edilməsindən ötrü Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Adına hər hansı bir daşınar və ya daşınmaz əmlak, eləcə də hər hansı bir bankda pul vəsaiti olmadığına görə barəsində olan icra sənədindəki pul vəsaiytini birdəfəlik ödəyə bilmir. Hazırda rəsmi qaydada Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən “Rebus” dəftər və ofis ləvazimatları mağazasında işləyir. Ona görə də hesab edir ki, başqa gəlirləri olmadığına görə, Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2426/2023 saylı qətnaməsinin icra üsulu və qaydası dəyişdirilməklə qətnamədə gösətərilmiş pul vəsaiti onun əmək haqqına yönəldilməlidir. Bakı şəhəri Yasamal rayon İcra şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin nümayəndəsinin, tələbkarın və borclunun məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hesab olunur ki, qeyd olunan tərəflərin gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane deyildir. Məhkəmə iş materiallarında olan sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2426/2023 saylı qətnaməsinə əsasən cavabdeh X4 3547 (üç min beş yüz qırx yeddi) manat əsas borc, 231,76 (iki yüz otuz bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, cəmi 3778,76 (üç min yeddi yüz yetmiş səkkiz manat yetmiş altı qəpik) manat borc və 57,79 (əlli yeddi manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X10 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin cavabdeh X4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra X1 ünvanlanmış xx.xx.2023cü il tarixli Tələbin könüllü icrası haqqında bildirişə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-2426/2023 saylı icra sənədindəki tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizə ilə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi, qanunverici, qətnamənin icra üsulunu və qaydasını dəyişdirməyi, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə vurğulayır ki, qətnamənin icra üsulunu və qaydasını dəyişdirmə mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion prinsipi məhdudlaşdırdığına, eləcə də tərəflərin qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə ərizələrin təmini müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının pozulmasına yönəlməməlidir. Belə olduğu halda məhkəmə hesab edir ki, X2 ərizəsində istinad etdiyi hallar icra sənədi üzrə qətnamənin icrasına möhlət verilməsi üçün kifayətedici əsas deyil. Əks yanaşma məhkəmə qərarının məcburi icrası prinsipinin əsassız məhdudlaşdırılmasına səbəb olardı. Beləliklə məhkəmə hesab edir ki, icra sənədinin tələbkarın təklif etdiyi şəkildə icra olunması məqsədə müvafiq deyildir və təmin oluna bilməz. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 263, 264, 268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X2 “qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi” barədə ərizəsi təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on gün) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №8(004)-779/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-779/2023
18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver