Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-78/2023 24.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Ərizəçi "xxxx" MMC-nin qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİM : Ərizəçi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-810/2021 saylı icra sənədi üzrə borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamənin icrasına 1 il möhlət verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2.–ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Ərizədən görünür ki, ərizənin formasına və məzmununa dair tələblərə əməl edilməmiş və ərizəçinin icra sənədi üzrə hüquqi statusu, onun borclu və ya tələbkar olması, tərəf olması və ya maraqlı şəxs olması, həmçinin borclu və tələbkarın adı, soyadı, ata adı, poçt ünvanları, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Eyni zamanda ərizəçi tərəfindən ərizədə ərizəni əsaslandırdığı halları təsdiq edən sübutlar - qətnamə, borclu "xxxx" MMC-nin maddi vəziyyətinin pisləşməsini təsdiq edən sənəd göstərilməmiş və ərizəyə də əlavə edilməmişdir. Ərizədə qeyd olunan məlumatların göstərilməməsi məhkəmə tərəfindən iş üzrə məhkəmə baxışının prinsiplərinə əməl edilməsini mümkünsüz edir. Bu səbəbdən və eyni zamanda Mülki Prosessual Məcəllənin mülki işlərdə verilən ərizələrin forma və məzmununa dair tələblərə əməl edilməməsinin həmin ərizələrin geri qayralımasına əsas olmasına dair tələblərə əsasən məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalı, ərizəçiyə izah edilməlidir ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş N 8(004)-78/2023 Yasamal Rayon Məhkəməsi Məhkəmə iclasından kənar prosessual hərəkət barədə Protokol Hakim Xəlilova Təhminə Cəmil qızı Ərizəçi "xxxx" MMC-nin qətnamənin icrasına möhlət verilməsi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında nəzərdən keçirib ərizənin geri qaytarılması barədə qərardad qəbul etdim. Protokol xx.xx.2023-cü il tarixdə saat 15:00-da tərtib edilib. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-78/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-78/2023
24.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver