Məhkəmə qərarları › İş №8(004)-780/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-780/2023

22.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-780/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X2 qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli tarixli icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Bəhruz Bayramov Borclu mülkiyyətində olan “X4” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzrərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, xx.xx.2023-cü il tarixli qərarla icrasına başlanmış Bakı şəhəri yasamal rayon Məhkəməsinin 2(004)-135/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 20500 avro (iyirmi min beş yüz) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və Mərkəzi Bankın uçot faizi nəzərər alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2649,57) iki min altı yüz qırx doqquz manat əlli yeddi qəpik) manat faiz borcunun iddiaçı X1 xeyrinə tutulmalıdır. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu tərəfindən icra sənədinin icrası bu müddət ərzində təmin edilməmiş və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir səbəb göstərilməmişdir. Bununla belə, “İcra haqqında” AR Qanunun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və ya xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 135/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu 20500 avro (iyirmi min beş yüz) (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) borc və Mərkəzi Bankın uçot faizi nəzərə alınmaqla gecikdirilmiş vaxt üçün hesablanmış 2649,57) iki min altı yüz qırx doqquz manat əlli yeddi qəpik) manat faiz borcunun iddiaçı X1 xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, 02 fevral 2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. “Elektron icra” informasiya sistemində edilmiş sorğunun nəticəsinə əsasən, “X4” minik markalı , **-OJ-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi-SALWA2KF3EA391255 olan avtomobil Borclu mülkiyyətdədir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaitinin ödənilməsi təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus “X4” minik markalı , **-OJ-*** dövlət qeydiyyat nişanlı, ban nömrəsi- SALWA2KF3EA391255 olan avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-135/2023 nömrəli, 02 fevral 2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan ban nömrəsi SALWA2KF3EA391255 olan “X4” minik markalı, **-OJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə və Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar