Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-783/2022 23.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, X1m katibliyi Tələbkar iştirakı ilə, Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun məcburi gətirilməsi barədə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Orxan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə icraata daxil olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi zərərə görə 2056 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq iddiaçı Tələbkar ödənilməlidir. Həmin icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə Borclu göndərilmiş, onun telefon nömrəsi ilə əlaqə saxlanılmış, lakin borclu telefona cavab verməyərək qərəzli şəkildə telefonu söndürmüş, icra sənədində göstərilmiş tələbi təmin etməkdən boyun qaçırmışdır. Tərəflərindən məcburi gətirmə haqqında qərar qəbul edilərək, Borclu Bakı şəhəri Yasamal rayonu H.Zərdabi pr. Ev 81 məznil 42 ünvanına göndərilmiş və həmin qərardan şikayət verilməmişdir. Göstərilənlərə əsasən və "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, xx.xx.1952-ci il təvəllüdlü, ünvan 2 ünvanında faktiki olaraq yaşayan X2 məcburi qaydada Bakı şəhəri Yasamal rayon icra şöbəsinə gətirilməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar borclu tərəfindən icra sənədi üzrə heç bir ödənil edilmədiyini bildirib, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etdi. Borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Təqdimatda göstərilənləri və icra işində olan məlumatları nəzərə alaraq və qeyd olunan qanunlara əsaslanaraq məhkəmə hesab edir ki, Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu dəymiş maddi zərərə görə 2056 manat və ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İş materiallarından görünür ki, 2(004)-111/2020 nömrəli, xx.xx.2020-cı il tarixli icra vərəqəsinə əsasən 16 aprel 2020-ci il tarixdə icraat başlanılmış və Borclu tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Göründüyü kimi, X2 heç bir üzürlü səbəb göstərmədən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22(004)-111/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədini icra etməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Yasamal Rayon Məhkəməsinin 2(004)-111/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinin icrası məqsədilə, xx.xx.1972-ci il təvəllüdlü Bakı şəhəri Yasamal rayonu H.ünvan 3 ünvanında qeydiyyatda olan Borclu Bakı şəhəri Yasamal rayon icra şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-783/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-783/2022
23.11.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver