Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-784/2023 11.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin 2(004)-11676/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 16 saylı evin 1/2 hissəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-11676/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxx" ASC- nin xeyrinə 6078,18 manat əsas və 1807,59 manat faiz borcu və ödənilmiş 20 manat olmaqla, cəmi 7905,77 manat məbləğində pul tutulmalıdır. İcra sənədi üzrə xx.xx.2016-ci il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq iş üzrə borclu icranı könüllü təmin etməmişdir. “Elektron icra” informasiya sistemindən məlum olmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdı küçəsində 16 saylı evin 1/2 hissəsi Borclu mülkiyyətindədir. Borclu xx.xx.2023-cü il tarixli izahat vərəqəsində qeydiyyatda olduğu ünvanda yaşamadığını, 20 yanvar dairəsi yaxınlığında qızı ilə birgə kirayədə yaşadığını qeyd etmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan mənzilin 1/2 hissəsinin üzərinə həbs qoyulmasını məqsədə müvafiq hesab edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinin tələblərinə uyğun olaraq borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinin olub-olmamasını müəyyən etmək üçün müvafiq orqanlara sorğular göndərilmiş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini araşdıraraq hesab edirəm ki, təqdimat qismən təmin edilməlidir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. “Elektron Məhkəmə” İnformasiya Sistemindən alınmış məlumata əsasən, Borclu Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 16 saylı evdə payı - 1 otaq y/s, 13,0 kv.m-dən ½ hissə təşkil edir. Göstərilənlərə əsasən hesab edirəm ki, təqdimat qismən təmin olunmalı və icra sənədi üzrə borcun ödənilməsini təmin etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 16 saylı evin Borclu məxsus payının - 1 otaq, yaşayış sahəsi 13,0 kvadrat metrdən ½ hissəsi üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat qismən təmin edilsin. Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsi, 16 saylı evdə olan payının – 1 otaq, yaşayış sahəsi 13,0 kvadrat metrdən ½ hissəsi üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-784/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Yasamal Rayon Məhkəməsinin 2(004)-11676/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın qismən təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-784/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-784/2023
11.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver