Məhkəmə qərarları › İş №8(004)-785/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-785/2025

16.10.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-785/2025 16.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Sultanova-X5, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə tələbkar X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkar X3 Borclu qarşı “aliment məbləğinin indeksasiyası”na dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə ərazi aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Borclu ilə X3 arasında 02 dekabr 2018-ci il tarixdə bağlanmış və 4226 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, 16 avqust 2019-cu il təvəllüdlü X4 X1 yanında saxlanılması müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub X2 ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, tələbkar hazırkı ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti və ya məhkəmə aidiyyati üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Qərarının: 8.4-2-ci bəndinə əsasən “Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir...” Qeyd olunan prosessual normalara əsasən məhkəmə hesab edir ki, tələbkar X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, tələbkara ərazi aidiyyatı üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Tələbkar X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Tələbkar X2 ərazi aidiyyati üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən on gün (10) müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova İş № 8(004)-785/2025 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL Bakı şəhəri Yasamal Rayon Məhkəməsi Hakim Sultanova-X5, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1445/2022 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə tələbkar X1 “aliment məbləğinin indeksasiyası”na dair ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə 16 oktyabr 2025-ci il tarixdə, saat 10:00-da məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət kimi baxır. Hakim ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, ərizənin qaytarılmasını qərara alır. Prosessual hərəkət saat 10:10-da başa çatdı. Protokol 16 oktyabr 2025-ci il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Ayşən Sultanova-Məmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar