Məhkəmə qərarları › İş №8(004)-786/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-786/2023

18.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-786/2023 18.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi Almasova Aytən Asəf qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayevin iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə X4 şikayət ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq X2na ödənilməlidir. Qətnamə qanuni qüvvəsini alaraq icra edilməsi üçün ilkin olraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən 15.082019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir.Eyni tarixdə icraata başlamaq haqqında qərar əlavə edilməklə icra sənədinin könüllü icra edilməsi haqqında bildiriş borclu şəxsə göndərilmişdir. İcra orqanı tərəfindən qətnamənin məcburi icrası üçün əsaslı tədbirlər görülə bilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Yasamal Rayon Məhkəməsinin Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə ödənilməsinə dair qərarı ləğv olunarkən məhkəmə kollegiyasının istinad etdiyi məsələlərdən biri Borclu “X10 Azerbaijan” MMC-nin direktor müşaviri vəzifəsində işləyərək 2245 manat əmək haqqının olması və həmin əmək haqqının 1000 manatının borclunun xeyrinə borclunun xeyrinə tutulmasının göstərmiş və bu halı onun əməllərində qərəzlilik olmadığını təsdiq edən hal kimi qiymətləndirmişdir. Yasamal Rayon icra şöbəsindən ona təqdim edilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, borclu məhkəmə qərarında qeyd edildiyi kimi 1000 manat deyil, hər ay 500 manat olmaqla ödəniş etmişdir. Həmin məktubdan aydın olur ki, icra məmuru tərəfindən əslində borclunun iş yerinə hər hansı bir müraciət olunmamışdır. Əgər bu cür muraciət olunsa idi qanunun tələbinə əsasən tutulan bu məbləğ 500 manat olmayacaq idi və üstəlik həmin məbləğ borclu şəxs tərəfindən terminal vasitəsilə yox əmək haqqından birbaşa tutularaq Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülməli idi. Göründüyü kimi, borcku şəxs öz qohumluq əlaqələrindən icra mərhələsində də istədiyi kimi istifadə etmiş və onun barəsində məcburi icra tədbirləri keçirlə bilməmiş, qərəzli olaraq icra sənədi üzrə ödhdəliklərindən yayınmışdır. Borclu şəxs öhdəliklərindən yayınmaq üçün formal olaraq Bərdə rayonu ərazisində bir ünvana qeydiyyata düşərək icra sənədinin aidiyyatı üzrə Bərdə rayonuna göndərilməsinə nail olmuşdur. Belə ki, Borclu xx.xx.2023-cü il tarixdə Yasamal rayon icra şöbəsinə ərizə ünvanlayaraq faktiki olaraq qeydiyyatda olduğu ünvan 4nvanında yaşadığını bildirərək icra sənədinin Bərdə rayon icra şöbəsinə göndərilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli qərarla icra sənədi icra edilməsi üçün Cavabdehnə göndərilmişdir. Qərar ona görə qanunsuz və əsassızdır ki, borclunun iş yeri Bakı şəhəri ərazisindədir. E-taxes.gov.az saytından da görünür ki, “X10 Azerbaijan” MMCnin hüquqi ünvanı ünvan 6dır ki, Bərdə rayonunda yaşaya bilməz.Bərdə rayon İcra şöbəsinin icra məmuru Rusif Quliyev borclunu qeydiyyatda olduğu ünvana baxış keçirmiş və təbii olaraq borclunun orada yaşamadığını aşkar etmişdir. Bu səbəbdən də icra sənədini yenidən Yasamal rayon İcra şöbəsinə göndərmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev xx.xx.2023-cü il tarixdə təkrarən icra sənədini Bərdə rayon icra çöbəsinə göndrəmişdir. Göründüyü kimi, qətnamə icar edilmir. Bərdə rayon icra şöbəsinə həyata keçirilmiş icra tədbirləri barədə məlumat almaq üçün ərizə ilə müraciət etmişlər . Bərdə rayon icra şöbəs onlara cavab məktubu ilə borclunun əmək haqqısından xx.xx.2021-ci il tarixdən 11840,23 manat tutulma edilərək Yasamal rayon icra şöbəsinin müvafiq hesabına ödənildiyi göstərilmişdir. Göründüyü kimi həmin məbləği aylara böldükdə aya 1000 manatdan dəfələrlə aşağı məbləğin düşdüyünü müəyyən edilir. Tələbkarın məhkəməyə müraciət etməkdə məqsədi pozulmuş hüquqlarının bərpa etməkdən ibarətdir. Borclu müqavilə üzrə öhdəliyini icra etməyərək tələbkarın mülkiyyət hüquqlarını pozmuşdur. Hazırki vəziyyət məhkəmə qətnaməsinin icra edilməməsi ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək, məhkəmədən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev izahatında tələbkar tərəfindən verilmiş şikayət ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında işdə iştirak edən digər şəxslər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, şikayəti, icra işini nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi təmin edilməməlidir. İş materiallarında və e119439/2019-53-31-006 nömrəli icra işində olan: -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra vərəqəsindən müəyyən edilir ki, Borclu 159800 ABŞ dolları pul vəsaiti qətnamə icra olunan günə Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyəyn etdiyi Azərbaycan Mantının məzənnəsi ilə hesablanmaqla alınıb X2na ödənilməlidir. -Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məuru Anar Əyyubov tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. -tələbin könüllü icrası haqqında Borclu ünvanlanmış xx.xx.2019-cu il tarixli bildirişdən müəyəyn edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün ərzində könüllü icra edilməsi göstərilmiş Əks təqdirdə icra məcburi qaydada təmin ediləcəkdir. Həmin bildiriş Borclu tərəfindən xx.xx.2020-ci il tarixdı bildirişə ima etməklə qəbul edilmişdir. -Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli aktdan görünür ki, ünvan 8 ünvanında olmuş və Borclu həmin ünvanda yaşamadığını müəyəyn etmişdir. Bu səbəbdən icra tədbirlərinin həyata keçirilməsi mümkün olmamışdır. -Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-665/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadından müəyyən edilir ki, Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov Borclu mülkiyyətində olan Mercedes Benz minik markalı ** RZ *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. -Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən "xxxx"xxxx"xxxx" ASCyə, “Azərbaycan Beynəlxalq Bankı ASC-yə, "xxxx" ASC-yə, "xxxx" ASC-yə və "xxxx" İKB ASC-yə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu aid bank hesabları və hesablardakı vəsaitləri barədə məlumat verilməsi xahiş edilmişdir. -Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən Azərbaycan FHN X3 Görülməsi və X12 Dövlət Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu məxsus qazan və qaldırıcı qurğunun Agentlikdə dövlət reyestrindəki qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsi xahiş edilmişdir. -Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən edilir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu məxsus dövlət reyestrindəki traktor və ya digər mexaniki nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumat verilməsi xahiş edilmişdir.Həmin sorğuya xx.xx.2020-ci il tarixdə cavab məktubu verilərək Borclu məxsus dövlət reyestrindəki traktor və ya digər mexaniki nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınmadığı bildirilmişdir. Həmçinin Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən xx.xx.2020-ci il tarixdə borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə təqdimatla Yasamal rayon Məhkəməsinə müraciət edilmişdir.Həmçinin -Yasamal rayon icra şöbəsinin icra məmuru Anar Əyyubov tərəfindən borclu xx.xx.1980-ci il təvəllüdlü Borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkməyə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. -Borclu Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, Borclu Bərdə şəhərində yaşadığını qeyd edərək, icra işinin Bərdə Rayon İcra şöbəsinə göndərilməsi xahiş etmişdir. - Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cu il tarixli qərarının surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 159800 ABŞ dolları tutularaq X2na ödənilməlidir. Həyata keçirilmiş digər zəruri icra tədbirləri ilə yanaşı iş üzrə Borclu əmək haqqından hər ay 50% (əlli faiz) tutulması üçün “X11 Azerbaijan” MMC-yə xx.xx.2021 -ci il tarixdə müraciət olunmuşdur. Əmək haqqındnan tutulmalar və iş üzrə borclu tərəfindən əlavə ödənişlər hesabına şöbənin depozit hesabına 22484,2 manat daxil olmuşdur. Qeyd olunur ki, tələbkar həmin məbləği hazıradək qəbul etməmişdir. İcra sənədi üzrə Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə ərizə ilə müraciət edərək faktiki olaraq qeydiyyatda olduğu ünvan 11 ünvanında yaşadığını bildirərək icra sənədini icra olunması üçün Cavabdehnə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi Bərdə Rayon İcra və probasiya göndərilməsi qərara alınmışdır. Həmçinin, məhkəmə tərəfindən icra işinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə “X10 Azerbaijan” MMC-yə icra məmuru məktub ünvanlayaraq borclu Ramin Nurəliyebin əmək haqqısının 50%-nin Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədi icrasının təmin etmək məqsədilə tutulması göstərilmiş və Tutulmanın Yasamal Rayon icra şöbəsinin depozit hesabına edilməsi təklif olunmuşdur. Göründüyü kimi, icra məmuru tərəfindən icra sənədinin icrasının təmin etmək məqsədilə məcburi icra tədbirləri həyata keçirilmişdir. Belə ki, borclunun əmlakının üzərinə həbs qoyulması barədə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmiş, həmçinin borclunun əmək haqqısına yönəldilmə edilmiş, borclunun bank hesablarının olması barədə banklara və mülkiyyətində hər hansı əmlakının olması barədə dövlət orqanlarına sorğular verilmişdir. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə icra məmuru tərəfindən icra tədbirləri həyata keçirilmiş və həyata keçirilməkdə də davam etməkdədir. Ona görə də, şikayət əsassız olduğu üçün rədd edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsinə əsasən Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Qanunun 10.4-cü maddəsinə əsasən, icra məmuru tərəfindən göndərilmiş icra sənədini müvafiq ərazi üzrə digər icra məmuru icraata qəbul etməlidir. İcra hərəkətlərinin həyata keçirilməsi yeri ilə bağlı icra məmurları arasında yaranmış mübahisələr icra xidmətinin rəhbəri tərəfindən həll olunur. “İcra haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, icra sənədi borclunun əmək haqqından (gəlirindən) birdəfəlik və ya vaxtaşırı tutmalar üçün onun iş yerinə göndərildikdə və icra sənədi bir icra qurumundan müvafiq ərazi üzrə digər quruma göndərildikdə icra sənədi aidiyyəti üzrə göndərilmiş hesab edilir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 43-cü maddsəinə əsasən Məcburi icra tədbirləri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi;tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi;tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi;icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsindən ibarətdir. Beləliklə. məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə X4 şikayət ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6460/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin icra edilməməsinin qanunsuz hesab edilməsi barədə X4 şikayət ərizəsi rədd edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar