Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-787/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 nömrəli, 16 mart 2021-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 nömrəli, 16 mart 2021-ci il tarixli qətnaməzinə izah verilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Leyli Qurbanova Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə izah verilməsi ilə bağlı müraciəti üzrə iş məhkəmənin icraatındadır. Hal-hazırda Bakı şəhər Yasamal Rayon Məhkəməsinin İcra şöbəsi tərəfindən 2(004)-58/2021 saylı xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən icra hərəkətləri icra olunmaqda və xx.xx.2023-cü il tarixinə icra hərəkəti təyin edilmişdir. Daha əvvəl ərizə ilə məhkəməyə müraciət edilərək icra işinin dayandırılmasına köməklik göstərilməsi tərəflərindən xahiş olunmuşdur. Bildirirlər ki, hazırkı icra işinin aparılması və mümkünlüyü və ya hansı şəkildə aparılması icraatda olan məhkəmə işinin nəticəsindən birbaşa asılıdır. Hesab edirlər ki, qətnaməyə izah verilməsi barədə məhkəmənin yekun qərarı olmadan icra işlərinin aparılması yolverilməzdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İcra məmuruna və tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki X1 qətnaməyə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli qətnaməsində cavabdehlər X6, X5 və X4 Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, ev 36,96 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi aydın şəkildə göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qətnamənin məzmunundakı hüquqi terminlərdə anlaşılmazlıq mövcud deyil və qrammatik cəhətdən bütün cümlələrin mənası aydındır. Odur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2004)-58/2021 saylı 16 mart 2021-il tarixli qətnaməsinə izah verilməsinə dair X1 ərizəsi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-58/2021 saylı 16 mart 2021-ci il tarixli icra qətnaməsinə izah verilməsi barədə ərizəsi rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-787/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-787/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver