Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-789/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3781/2023-013 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu X2 məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Sahib Allahverdiyev borclu X1 mülkiyyətində olan “X4” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074 Minik” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3781/2023-013 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 870 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədindən məlum olmuşdur ki, “X4” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074 Minik” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Əsadov Firuz talıb oğlunun mülkiyyyətindədir. İcra sənədi üzrə xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, iş üzrə borclu icranı könüllü təmin etməmişdir. Məhkəmə qərarının icrasını təmin etmək məqsədilə borclunun mülkiyyətində olan avtombilin üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab edilir. İcra işi üzrə icra məmuruna, tələbkara və borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı, ona əlavə edilmiş sənədləri və icra işini araşdıraraq hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimata əlavə edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3781/2023-013 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən, Borclu 840 (səkkiz yüz qırx) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pul tutularaq Tələbkar MMC-yə ödənilməlidir. xx.xx.2023-cü il tarixli “icraata başlamaq haqqında” qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-926/2021 nömrəli, 27 yanvar 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətinə icranı könüllü olaraq təmin etməsi təklif olunmuşdur. xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, Borclu icra sənədinin könüllü icrası barədə məlumat verilmiş, əks halda icranın məcburi qaydada təmin olunacağı qeyd edilmişdir. Borclu qeyd edilən bildirişi xx.xx.2023-cü il tarixdə almışdır. xx/xx-234837/18 saylı icra işindəki “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, “X4” minik markalı, **-UL-*** dövlət qeydiyyat nişanlı və “Vaz 21074 Minik” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu mülkiyyətdədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, lazımi icra tədbirlərinin görülməsinə baxmayaraq icra sənədinin icrası təmin edilmədiyindən, bununla da, icra sənədində göstərilən pulun borcludan alınmasının icrası mümkün olmadığından, təqdimat qismən təmin edilməli, borcluya məxsus “Vaz 21074 Minik” minik markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin avtomobilin üzərinə həbs qoyulmalıdır. Qeyd olunanlara əsasən, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3781/2023-013 nömrəli, xx.xx.2023cü tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Vaz 21074 Minik” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Bakı şəhəri Yasamal rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-789/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-789/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver