Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-792/2023 21.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, X9 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 saylı icra vərəqsinin icrası ilə bağlı izah verilməsi barədə X2nın ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Borclu1 və X7 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, X3 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmişdir. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqsində göstərilən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması faktının icra edilməsi üzrə icra hərəkətlərinə, yəni həmin mənzillərin boşaldılaraq icra işi üzrə tələbkar qismində onun həmin mənzillərə köçürülməsinə hüquqi maneə yaradıb-yaratmaması barədə izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 2(004)- 376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X3 cavabdehlər Borclu1 və X7 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilərək, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, X3 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra sənədi əsasında Bakı şəhəri, Yasamal rayon İcra şöbəsinin keçirilən tədbirlər zamanı icra işi üzrə borclu şəxslər Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışları təqdim edərək məhkəmə qətnaməsi ilə boşaldılaraq tələbkarlara təhvil verilməli mənzillər üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırdıqlarını bildirmişlər. Təqdim edilən Çıxarışlar aşağıdakı mənzillərə aid olmuşdur:-Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 76, giriş 3, X12, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 79, giriş 3, X11, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 74, giriş 3, Maraqlı şəxs4, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 19, giriş 1, Maraqlı şəxs2, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi, ev 12F, mənzil 80, giriş 3, Maraqlı şəxs1 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Məhkəmə mübahisəsinin predmetini təşkil etmiş və hazırda barəsində icra tədbirləri həyata keçirələn mənzillərə adları göstərilən şəxslərin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması məsələsinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə İcra şöbəsi tərəfindən sorğu verilmişdir. İdarə sorğuya cavab olaraq xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 25 saylı mənzil ünvan 2aylı mənzil olaraq X4 adına, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 22 saylı mənzil ünvan 3aylı mənzil olaraq Maraqlı şəxs5 adına, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 24a saylı mənzil ünvan 4 saylı mənzil olaraq X1 adına, Bakı şəhəri, Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 26 saylı mənzil ünvan 5aylı mənzil olaraq Maraqlı şəxs2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi, icra sənədi üzrə tələbkarlara təhvil verilməli olan mənzillərə ayrı-ayrı şəxslərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Nəzərə alınmalıdır ki, dövlət reyestrindən adlarına çıxarış verilmiş şəxslərin maraqlarına toxunan şəxslər kimi Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə təmin edilməmişdir. Hazırda icra sənədində göstərilən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması faktının icra sənədi üzrə icra hərəkətlərinə, yəni həmin məzillərin boşaldılaraq icra işi üzrə tələbkar qismində onun həmin mənzillərə köçürülməyinə hüquqi maneə yaradıb-yaratmamasının məhkəmə qaydasında izah edilməsinə zəruriyyət yaranmışdır. İcra məmuruna tələbkara və borclulara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmişdir, lakin icra məmuru tələbkar və borclular məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Maraqlarına toxunulan şəxslər X12, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Maraqlı şəxs4 ərizə ilə məhkəməyə müraciət edərək bildirmişlər ki, Bakı şəhəri Yasamal rayonu, X20 küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binada olan mülkiyyət hüququ əsasında onlara məxsus mənzillər 28 fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 25 saylı mənzil payçı Maraqlı şəxs1, 2007-ci ilin may ayında bağlanmış müqavilə əsasında dəyəri ödənilməklə 22 saylı mənzil X8, fevral 2006-cı il tarixdə bağlanmış müqavilə əsasında dəyəri tam ödənilməklə 24a savlı mənzil payçı Maraqlı şəxs4, 07 aprel 2007-ci il tarixli müqavilə əsasında dəyəri tam ödənilməklə 26 saylı mənzil Maraqlı şəxs3 və avqust 2009-cu il tarixli müqüavilə əsasında dəyəri tam ödənilməklə 75 savlı mənzil Maraqlı şəxs2 təhvil verilmiş və onlar tərəfindən mənzillər təmir olunaraq, ailə üzvləri ilə hazırki vaxta qədər həmin mənzillərdə yaşayırlar. Onlar bu mənzillərin ilk sahibləri olmaqla, mənzillər ilk olaraq onlara təhvil verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdehlər Borclu1 və X7 qarşı Yasamal Dairəvi küçəsi 2 ünvanında yerləşən 10 mərtəbəli binada olan uzun illər yaşadıqları və istifadələrində olan 22, 24a, 25, 26, 75 nömrəli mənzillərin boşaldılması və iddiaçı X5 təhvil verilməsi barədə Yasamal rayon İcra şöbəsinin icraatında icra işində məhz onlar mülkiyyətçilərin sözügedən həmin mənzillərdə uzun illər yaşadığqları və ümumiyyətlə məhkəmə işində və eləcə də, icra işində tərəf (borclu) olmadıqları müəyyən olunmuşdur. Bu səbəbdən də, Yasamal Rayon İcra Şöbəsi tərəfindən icrası mümkün olmayan icra sənədi xx.xx.2022-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Yasamal rayon İcra Şöbəsinin icraatında uzun zamandır ki, davam edən onların borcu olmadıqları və onlara aidiyyəti olmayan məhkəmə qətnaməsinin icra işi üzrə onların hüquqları pozulmaqdadır. Məhkəmə tərəfindən Dövlətin adından çıxarılan qırar Dövlət tərəfindən tanınan və qorunan mülkiyyət hüququqlarını pozmağa xidmət edə bilməz. Hal-hazırda tələbkar X10 onlara aidiyyəti olmayan 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə izah verilməsi barədə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Halbuki, 8(004)-687/2023 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə qərardadı ilə (hakim Ayaz Məmmmədov) Yasamal rayon İcra şöbəsinin icra məmuru Aslan Aslanbəylinin eyni məzmunlu ərizəsi rədd edilmişdir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixə, saat 12:55-ə təyin olunmuş, X3 2(004)- 376/2018 saylı, xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə izah verilməsi barədə ərizəsinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinin tələbinə uyğun olaraq icra məmurunun və ərizəçinin iştirakı olmadan qətnamənin izah edilməsi məsələsinə baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 230.4-cü maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçi (tələbkar) X3 icra vərəqəsinə izah verilməsinə dair ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, işə baxmış hakim ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah edə bilər və qətnaməyə izah verilməsi bir qayda olaraq məhkəmənin gəldiyi nəticənin düzgün başa düşülməməsi, qətnamədə anlaşılmazlıqlara yol verilməsi və onun icrasında yaranmış çətinliklə əlaqədar olur. Ərizənin məzmunundan görünür ki, ərizəçinin tələbi qətnaməyə izah verilməsi ilə bağlı deyil, onun həmin mənzillərə köçürülməsinə hüquqi maneə yaradıb-yaratmaması haqqında izah verilməsi ilə bağlıdır. Bundan əlavə qeyd edilməlidir ki, tələbkar icra sənədinə izah verilməsi ilə bağlı hər hansı hüquqmüəyyənedici sənədlərini ərizəyə əlavə etməmişdir. Odur ki, ərizə qətnaməyə izah verilməsi ilə bağlı olmadığından və icra vərəqəsinə izah verilməsi mümkün olmadığından ərizə təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-376/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqsinin icrası ilə bağlı izah verilməsi barədə X2nın ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №8(004)-792/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-792/2023
21.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver