Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-796/2023 26.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsinə (icrə vərəqəsi xx.xx.2018-ci il tarixdə verilib) izah verilməsi barədə X1 tərəfindən verilmiş ərizəyə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli qətnaməsi ilə iddiaçı X2 cavabdehlər X7 və X4 qarşı “mənzilin boşaldılması və mənzilə köçürülmə tələbinə dair” iddiası təmin edilmiş, Bakı şəhəri Yasamal rayonu X19 küçəsi 2 ünvanda yerləşən 10 mərtəbəli binadakı 25, 22, 24a, 26 və 75 saylı mənzillərin boşaldılması, X2 həmin mənzillərə köçürülməsi, onun sahiblik və istifadə hüquqlarına, o cümlədən sərbəst giriş və çıxışına maneə yaradan hərəkətlərin cavabdehlərə qadağan olunması qət edilmişdir. Qətnamə xx.xx.2018-ci il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2018-ci il tarixdə icra vərəqəsi verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsində göstərilən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması faktının icra edilməsi üzrə icra hərəkətlərinə, yəni həmin mənzillərin boşaldılaraq icra işi üzrə tələbkar qismində onun həmin mənzillərə köçürülməsinə hüquqi maneə yaradıb-yaratmaması barədə izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra xx.xx.2018-ci il tarixli icra vərəqəsi verilmişdir. Həmin icra sənədi əsasında Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin keçirdiyi tədbirlər zamanı icra işi üzrə borclu şəxslər hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışları təqdim edərək, məhkəmə qətnaməsi ilə boşaldılaraq tələbkara təhvil verilməli olan mənzillərin üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırdıqlarını bildirmişlər. Təqdim edilən çıxarışlar aşağıdakı mənzillərə aid olmuşdur: - Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal - 2 küçəsi ev 12F mənzil 76 giriş 3 - X9, Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal-2 küçəsi ev 12F mənzil 79 giriş 3 - X8, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi ev 12F mənzil 74 giriş 3 - X5, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi ev 12F mənzil 19 giriş 1 - X11, Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-2 küçəsi ev 12F mənzil 80 giriş 3 - X3 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İcra sənədi üzrə tələbkara təhvil verilməli olan mənzillər başqa şəxslərin adlarına mülkiyyət kimi qeydiyyata alınmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə iclasına gəlməyən işdə iştirak edən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəni və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, X1 xx.xx.2023-cü il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etməmişdən əvvəl, eyni ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsində göstərilən mənzillərə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması faktının icra edilməsi üzrə icra hərəkətlərinə, yəni həmin mənzillərin boşaldılaraq icra işi üzrə tələbkar qismində onun həmin mənzillərə köçürülməsinə hüquqi maneə yaradıb-yaratmaması barədə izah verilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-792/2023 nömrəli qərardadı ilə ərizəçi X2 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)- 376/2018 nömrəli icra vərəqsinin icrası ilə bağlı izah verilməsi barədə ərizəsi rədd edilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(004)-687/2023 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsinə izah verilməsinə dair təqdimatı rədd edilmişdir. Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-in 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 14-cü bəndinə əsasən qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixdə verilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsinin icrası ilə bağlı izah verilməsinə dair X1nın ərizəsinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verildiyinə görə, həmin ərizəyə təkrar baxılmasına yol verilmir. Odur ki, ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-376/2018 nömrəli icra vərəqəsinin (icrə vərəqəsi xx.xx.2018-ci il tarixdə verilib) icrası ilə bağlı izah verilməsinə dair X1 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №8(004)-796/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-796/2023
26.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver