Məhkəmə qərarları › İş №8(004)-797/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-797/2023

19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-797/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı X4 cavabdehlər X12, X9 və X6 qarşı “mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-353/2023 nömrəli qətnaməsinə izah verilməsinə dair Yasamal rayon icra şöbəsinin icra məmuru İlqar Allahverdiyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X10 cavabdehlər X15, X13 və X6 qarşı “kompensasiya verilməklə mülkiyyət hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İsmayılov Fərid lsmixan oğlunun, İsmayılov Rafiq lsmixan oğlunun və İsmayılova Könül lsmixan qızının İsmayılov lsmixan Hacıxəlil oğlundan miras qalmış ünvan 1-yə məcburi pay hüquqlarına 15000 manat, yəni hərəsinə 5000 manat kompensasiya verməklə xitam verilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə verərək, cavabdehlər X7, X8 və X5 X2 miras qalmış ünvan 1-yə məcburi pay hüquqlarına 16500 (on altı min beş yüz) manat, yəni hər birinə 5500 (beş min beş yüz) manat kompensasiya verilməklə xitam verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-353/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı X10 tərəfindən cavabdehlər X12, X9 və X6 hər birinə 5500 (beş min beş yüz) manat məbləğində (ümumilikdə 16500 (on altı min beş yüz) manat kompensasiya verilməklə paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilə cavabdehlər X11 1/16, X8 1/16 və X5 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilməsi, X12, X9 və X1 ödənilməsi və mənzilə mülkiyyət hüquqlarına xitam verilməsinin eyni vaxtda icra olunması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-353/2023 nömrəli qətnaməsi əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə göndərilmişdir. Yasamal rayon icra şöbəsinin icra məmuru Allahverdiyev İlqar ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 353 /2023 nömrəli icra sənədində qeyd olunan paylar üzərində mülkiyyət hüququ barədə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 353/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən tələbkar X10 tərəfindən borclular X12, X9 və X6 hər birinə 5500 (beş min beş yüz) manat məbləğində (ümumilikdə 16500 (on altı min beş yüz) manat) kompensasiya verilməklə paylı mülkiyyətdə olan ünvan 2 ünvanında yerləşən mənzilə cavabdehlər X11 1/16, X8 1/16 və X5 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilməli və X12, X9 və X1 ödənilməsi və mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunmalıdır. Qeyd olunan icra sənədinin icraatına xx.xx.2023ci il tarixdə başlanılmış və kompensasiyanın verilməsi hissəsində icra olunmuşdur. xx.xx.2023-cü il tarixdə icra sənədi mülkiyyət hüquqlarına xitam verilməsi hissəsində icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2023-cü il tarixli məktubunda borcluların mülkiyyət hüququna xitam verildiyi halda həmin paylar üzərində mülkiyyət hüququ tələbkarın deyil mərhum X3 mülkiyyətinə qayıdacağı və qərarın icrası ilə bağlı məhkəmədən izah istənilməsi zərurəti yarandığı bildirilmişdir. Belə olan halda tələbi tam təmin etmək mümkün olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir Azərbaycan Respublikası MPM-in 230.1-ci maddəsinə əsasən əşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-353/2023 nömrəli qətnaməsinin icrası zamanı çətinlik yaranmışdır. Bu səbəbdən qətnaməyə izah verilməsinə zərurət vardır. Məhkəmə qeyd edir ki, yaranmış çətinliyin aradan qaldırılması və qətnamənin icrasının təmin edilməsi məqsədilə qətnaməyə izah verilməli, qətnamənin qət etdi hissəsindəki “X12, X9 və X1 ödənilməsi və mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun” ifadəsi “ünvan 1 ünvanında yerləşən mənzil üzərində X11 1/16, X8 1/16 və X5 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilməsi ilə eyni vaxtda X4 həmin mənzil üzərində tam mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilsin.” kimi başa düşülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Allahverdiyev İlqarın qətnaməyə izah verilməsinə dair ərizəsi təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-353/2023 nömrəli qətnaməsi aşağıdakı kimi izah olunsun: ünvan 1 ünvanında yerləşən mənzil üzərində X11 1/16, X8 1/16 və X5 1/16 hissədən ibarət olan mülkiyyət hüquqlarına xitam verilməsi eyni vaxtda X4 ünvan 1 ünvanında yerləşən mənzil üzərində tam mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarış verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sultanova-Məmmədova Ayşən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar