Məhkəmə qərarları › İş №8(004)-798/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-798/2022

02.12.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-798/2022 02.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X5, X2, X3 nümayəndəsi X4 və nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarından X3 nümayəndəsi X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 nümayəndəsi X6 şikayət ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1677/2022-ci il tarixli icra sənədi xx.xx.2022-ci il tarixində icra məmuru X5 icraatına daxil olmuşdur. İcra vərəqəsi üzrə xx.xx.2013-cü il təvəllüdlü X16 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün 16 fevral 2022-ci il tarixindən başlayaraq ilkin iddia üzrə cavabdeh X7 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulub ilkin iddia üzrə iddiaçı X11 xeyrinə ödənilməsi nəzərdə tutulmuşdur. Qətnamənin icra mərhələsində icra məmuru A.Aslanbəyli xx.xx.2022-ci il tarixli qərarı ilə borclu X12 barəsində axatrış elan etmişdir. Həmin qərar X8 hüquqlarının və maraqlarının kobud pozulmasına gətirib çıxardığından və əsassız olduğundan ləğv edilməldir. X8 hüquqlarını məhkəmədə və icra hərəkətlərinin əvvəlindən onun atası olaraq o təmsil edir. Müvafiq etibarnamə tərəfindən icra işinə təqdim olunmuşdur. X23 hal-hazırda Almaniyadadır, bu barədə icraçıya məlumat verilib, X19 də bilir ki, onun qızı və borclu Almaniyadadır. İcraçıya və tələbkara borclunun olduğu yeri məlumdur. O, icraçı A.Aslanbəyli yanına bir neçə dəfə gəlmişdir, bütün tələb olunan məlumatları təqdim etmiş və icraçı qızının axtarışa verilməsinin zərurətini bildirməmişdir. Bundan başqa, o, qızının nümayəndəsi olaraq icra hərəkətlərində onu təmsil edir və bu hal təsdiq edir ki, İsmiyeva Şölə xaricdə olsa da, nümayəndə vasitəsi ilə icra hərəkətlərində iştirak edir. Bu halda onun axtarılması məntiqsiz və əsassızdır. Sözügedən qərarda isə yazılıb ki, ”icradan yayınmaqla olduğu yer barədə məlumat verməyən borclu” və s. Bundan əlavə, X20 aliment ödənişlərindən yayınmır, keçmiş dövr üzrə hər ay 100 manat ödəniş etməklə 300 manat aliment keçirilib. Aliment barədə ilkin bildirişi icraçı ona 24 avqust 2022-ci il tarixində təqdim etmişdir və 29 avqust 2022-ci il tarixdə o, icraçıdan tələbkarın bank hesabının rekvizitlərini alıb birinci ödənişi etmişdir. Növbəti ay üçün bankda pul keçirmək üçün bank ondan tələbkarın əlavə bank məlumatları istəmişdir. O, həmin məlumatları əldə etmək üçün icraçıya müraciət etmiş və həmin vaxt icra məmuru ona axtarışın elan edilməsi qərarını təqdim etmişdir. Yuxarıda qeyd olunmuş hallar göstərir ki, məhkəmə icraçı A.Aslanbəyli qızına qeyri-obyektiv yanaşır, onun tərəfindən bildirən məlumatları nəzərə almır və qəsdən onlara əhəmiyyət vermir, öz vəzifədən sui istifadə edərək icra işində olan faktları təhrik edərək qızının hüquqlarını pozmaq niyyəti ilə qeyri -qanuni əsaslarla tədbirlər görür. Məhkəmə iclasında iştirak edən X8 nümayəndəsi və vəkili Nümayəndə şikayət ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, borclunun nümayəndəsi (atası) icra məmuru ilə dəfələrlə ünsiyyətdə olmuşdur. Borclu ölkə hüsudlarından kənarda qızı ilə birlikdə Almaniyadadır. İcra məmuru bu barədə məlumatlıdır. Borclunun atası imkan daxilində alimenti ödəyir. Borclunun yeri məlumdur. İcra məmurunun hərəklətləri qanunsuzdur. Məhkəmə iclasında iştirak edən X8 nümayəndəsi X6 nümayəndə və vəkilin izahatına əlavəsi olmadığını bildirmiş və məhkəmədən şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X17 izahatında bildirmişdir ki, borclu alimenti ödəməkdən qəsdən yayınır və alimeti ödəmir. Borclu ona 1000 manat ödəməli olduğu halda, o digər icra sənədi üzrə borcluya hər ay 193 manat aliment ödəməlidir. X12 ona olan aliment borcunu ödəmədiyi üçün o da alimenti ödəmir. İcra məmuru tərəfindən borclunun işlədiyi yerə sorğu göndərilmişdir. Lakin, 3 ay keçməsinə baxmayaraq, sorğuya cavab verilmir. Hazırda borclu Almaniyadadır. Borclunun icra sənədi üzrə 25000 manat aliment borcu vardır. Belə ki, icra sənədinə əsasən 16 fevral 2022-ci il tarixdən etibarən onun xeyrinə borcludan aliment tutulmalıdır. Borclu həmin ilin aprel ayının axırına kimi "xxxx" MMC-də işlməmiş, aylıq əmək haqqısı 5500 manat olmuşdir. İşdən çıxanda 20000 manata yaxın son-haqq hesab almışdır. Hesab edir ki, icra məmurunun qərarı qanunidir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin icra məmuru X9 izahatında bildirmişdir ki, icra sənədində borclunun yaşayış yeri ünvan 1 ünvanı göstərilmişdir. Lakin borclu qeyd edilən ünvanda yaşamır. İcra haqqında Qanunun 27.1-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin normanın məzmunundan göründüyü kimi, borclunun yeri məlum olmadıqda icra məmurunun onun axtarılması barədə qərar qəbul etmək səlahiyyəti vardır. Borclunun 16 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixə qədər aylıq əmək haqqısı 5500 manat olmuşdur. Bu müddət üzrə onun 4312 manat aliment borcu yaranmışdır. Son-haqq hesabla bağlı Azərconnect MMC rəsmi məlumat verməmişdir. Ona görə də Azərconnect MMC barəsində protokol tərtib edilmiş və məhkəməyə göndərilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Borclunun hazırda icra sənədi üzrə 4312 manat aliment borcu vardır və həmin borcun ödənilməsindən qərəzli şəkildə yayınır. O, icra sənədinin icrasını təmin edilmdiyindən borclu barəsində protokol tərtib edə bilər, onun nümayəndəsi barəsində deyil. Borclunun harada olması müəyyən edilməmişdir. Atası ilə söhbət zamanı onun Almaniyada olduğunu demişdir. Əgər alimetin əmək haqqının və gəlirlərin müəyyən hissəsi məbləğində ödənilməsi nəzərdə tutulmuşdursa və şəxs işləmirsə bu halda aliment həmin il üçün orta aylıq əmək haqqının məbləğinin 1/3 hissəsi məbləğində tutulmalıdır. O, borclunun nümayəndəsinə 193 manat ödənilməli olması barədə deməmişdir. Hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayəti, icra işinin materiallarını və iş materiallarında olan sübutları tam və hərtərəfli araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli nömrəli icra sənədinə əsasən 14 fevral 2013-cü il təvəllüdlü X16 və 26 sentyabr 2014-cü il təvəllüdlü X15 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16 fevral 2022-ci il tarixdən başlayaraq, borclu X7 hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq tələbkar X13 ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. İcra işinin materiallarından görünür ki X2 hesablaşma hesabı üzrə məlumatlar borclunun nümayəndəsi X6 tərəfindən qəbul edilmişdir. İcra işinin materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X3 qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı aşkar edilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. Bakı şəhəri Yasamal Rayon icra şöbəsi tərəfindən borclunun axtarılması haqqında xx.xx.2022-ci il tarixli qərarına əsasən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli nömrəli icra sənədi üzrə xx.xx.1985-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X12 barəsində axtarış elan edilməsi və qərarın icra edilməsi üçün Yasamal rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli məktubla qərar icra edilməsi üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə göndərilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X12 11 may 2017-ci il tarixindən 28 aprel 2022-ci il tarixinədək "xxxx" MMC-də çalışıb. 16 fevral 2022-ci il tarixindən 28 aprel 2022-ci il tarixinədək olan müddətdə işçinin aldığı əmək haqqı (vergi və sosial sığorta ödənişlər tutulmalardan öncə hesablnanan əmək haqqı) 5571 manat təşkil edib. Eyni zamanda, X10 28 aprel 2022-ci il tarixində işdən ayrılarkən aprel ayı ərzində çalışdığı iş günləri üzrə əmək haqqı və istifadə olunmamış qalıq məzuniyyət günləri üzrə ödəniş olunmuşdur. Bununla təsdiq edilmişdir ki, son haqq- hesab zamanı ödənilməmiş vəsait qalmamışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, borclunun nümayəndəsi tərəfindən tələbkarın hesabına icra sənədi üzrə 300 manat köçürülmüşdür. “İcra haqqında” Qanunun 32.1-ci maddəsinə əsasən, fiziki şəxslər icraatda şəxsən və ya nümayəndələri vasitəsilə iştirak edə bilərlər. Fiziki şəxsin icraatda şəxsən iştirakı onu həmin iş üzrə nümayəndəyə malik olmaq hüququndan məhrum etmir. İcra sənədi ilə borclunun üzərinə onun şəxsən icra etməli olduğu vəzifələr qoyulduqda, borclu həmin vəzifələri öz nümayəndəsi vasitəsilə yerinə yetirə bilməz. Həmin qanunun 34.1-ci maddəsinə əsasən, icraatda iştirak edən nümayəndə təmsil etdiyi şəxsin adından icraatla bağlı bütün hərəkətləri etmək hüququna malikdir. Həmin qanunun 27.1-ci maddəsinə əsasən, icra sənədləri üzrə icraat zamanı borclunun yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən borclunun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Göstərilən normanın məzmunundan göründüyü kimi, borclunun yeri məlum olmadıqda icra məmuru borclunun axtarılması haqqında qərar qəbul edir. Hazırki halda isə borclunun Almaniya Federativ Respublikasında olması icra məmuruna və tələbkara məlumdur. Bundan başqa, borclu (cavabdeh) mülki işə baxılarkən özü və nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Tərəflərin mülki iş üzrə məhkəmə iclasında verdiyi izahatdan da müəyyən olunur ki, hazırki iş üzrə X19 də borclu ilə birlikdə bir müddət Almaniya Federativ Respublikasında yaşamış, borclunun yaşadığı yer, həmçinin iş yeri (əmək müqaviləsinin müddəti) barədə məlumatı vardır. Əlavə olaraq, borclu icra icraatında nümayəndəsi vasitəsilə təmsil edilir. Tələbkarın hesab məlumatları borclunun nümayəndəsinə təqdim edilmiş, onun tərəfindən 300 manat ödəniş də edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə qeyd edir ki, borclunun yaşadığı ölkə icra məmuruna, həmçinin yaşayış yeri və iş yeri tələbkara məlumdur. Borclunun xarici ölkədə yaşaması isə onun yerinin məlum olmaması kimi qiymətləndirilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı qanunsuz və əsassız olmaqla borclunun hüquqlarının pozulmasına səbəb olduğundan ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 nümayəndəsi X4 şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli 2(004)-1677/2022 nömrəli icra sənədi üzrə borclunun axtarılması haqqında Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kərim Xudayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar