Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-8/2023 22.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-2905/2017 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatı üzrə çıxarılmış Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-768/2022 saylı qərardadından maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-2905/2017 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5 A, 35 saylı mənzilin üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədinə əsasən borcludan hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 136,6 manat məbləğində aliment və əlavə olaraq 100 manat pul, cəmi 236,6 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədinin icrasına başlanılmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Lakin iş üzrə borclu icranı könüllü təmin etməmiş və icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. Elektron icra-informasiya sistemindən müəyyən edilmişdir ki, borclunun adına qeyd edilən əmlak mövcuddur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-768/2022 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Maraqlı şəxslər şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5 A, 35 saylı mənzil paylı mülkiyyətdədir. Belə ki, həmin mənzildə borclu Maraqlı şəxs1 payı 1/3 hissə, maraqlı şəxslərin hər brinin payları 1/3 hissə təşkil edir. Borclunun öhdəliklərinə görə onlara məxsus əmlakın üzərinə həbs qoyula bilməz. Məhkəmə şikayəti və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, şikayətə əlavə edilmiş, xx.xx.2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5 A, 35 saylı mənzildə borclu və maraqlı şəxslərinin hər birinin payı 1/3 hissə təşkil edir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 50.1 və 50.2-ci maddələrinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. İstinad olunan maddələrin tələbinə əsasən icra sənədinin icrasını təmin etmək məqsədi ilə yalnız borcluya məxsus əmlak üzərinə həbs qoyula bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, maraqlı şəxslərə məxsus əmlak üzərinə qoyulmuş həbs götürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-768/2022 saylı qərardadı ləğv edilməli, Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatı qismən təmin edilərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5 A, 35 saylı mənzilin Borclu məxsus 1/3 hissədə payı üzərinə həbs qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şikayət qismən təmin edilsin. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-768/2022 saylı qərardadı ləğv edilsin. Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatı qismən təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 5 A, 35 saylı mənzilin Borclu aid 1/3 hissədə payı üzərinə həbs qoyulsun. Qərardad dərhal icra edilsin. Qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-768/2022 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(004)-2905/2017 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatı üzrə çıxarılmış Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(004)-768/2022 saylı qərardadından maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında xx.xx.2022-ci il tarixdə Bakı şəhərində məhkəmənin binasında baxaraq şikayətin qismən təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 14:00-da başladı. Prosessual hərəkət saat 14:20-də başa çatdı. Protokol xx.xx.2022-ci il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-8/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-8/2023
22.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver