Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-815/2025 14.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Səfərova Nəzrin Şahlar qızının katibliyi ilə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə Tələbkar tərəfindən verilmiş “pul məbləğinin indeksasiyası”na dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Tələbkar “pul məbləğinin indeksasiyası” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli məhkəmə qərarı ilə müəyyən edilmiş 929,00 pul məbləğini indeksləşdirilərək 2014-cü il sentyabr ayından 2025-ci il sentyabr ayınadək 205,40 faiz artımı (929,00 AZN x 205,40 % - 1908,17 AZN) nəzərə alaraq cəmi 2837,17 məbləğində indeksləşdirilmənin müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 8688/2014 saylı, 10 sentyabr 2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 ve X2 cəmi 929,00 manat məbləğində pul müştərək qaydada tutularaq Tələbkar xeyrinə tutulması ödənilməsi qərara alınmışdır.Hazırda qəbul olunmuş məhkəmə qərarı qanuni qüvvəsini almasını və həmçinin icra məmuru tərafindan məcburi icra tədbirlərinin görülməsinə baxmayaraq, məhkəmə qərarı icra olunmamışdır (ödənilməmişdir).Bordu məhkəmə qərarı üzrə qəbul olunmuş məbləği zamanında ödəyərək icra etsəydilər tələbkar, başqa sahədə istifadə etməklə gəlir əldə edə bilərdi. Lakin, borclunun məhkəmə qərarı üzrə öhdəliyini icra etməməsi səbəbindən və həmin məbləğ vaxtında geri qaytarılmadığına görə tələbkar, həmin pulu dəyərləndirə bilməmişdir. Buna görə də, mahkəmə qərarı üzrə tələbkara ödənilməli olan pul vəsaiti inflyasiyaya uğradığından indeksləşdirmə tətbiq edilməsi zərurəti yaranmışdır.Belə ki, indeksasiya institutu pulun alıcılıq qabiliyyətinin məhz məhkəmə aktı qəbul edilən an mövcud olan səviyyədə bərpasına yönəldiyindən, eləcə də bu hüquqi alət sanksiya xarakteri daşımadığına görə, onun tətbiqi məhkəmə aktının qanuni qüvvəyə minməsi və yə məhkəmə aktının icrasından yayınma ilə əlaqələndirilə bilməz. Bu səbəbdən indeksasiya məhz məhkəmə aktının qəbul edildiyi (elan edildiyi) gündən onun tam icra edildiyi günədək olan müddəti əhatə etməlidir.İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksinin hesablanmasından görünür ki, 2025-ci il sentyabr ayında 2014-cü il sentyabr ayına nisbetan istehlak qiymətləri indeksi 205,40 faiz təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 dəfə artmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara, borclulara və icra şöbəsinə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Tələbkar məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq, məhkəmə iclasında iş çoxluğu ilə əlaqədar üzrlü səbəblərdən görə iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1975-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X1 müştərək qaydada kreditor Tələbkar xeyrinə 639 (altı yüz otuz doqquz) manat əsas borc, 269 (iki yüz altmış doqquz) manat cərimə və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 929 (doqquz yüz iyimi doqquz) manat məbləğində pulun tutulması əmr edilmişdir. “Sunny Electronics” Mağazası Tələbkar tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 8688/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə qərarına əsasən, borclular Borclu1 və X1 cəmi 929 manat məbləğində pul tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Bildirilir ki, məhkəmə qərarından sonra ödəniş olunmamışdır. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin rəsmi internet saytından (https://www.azstat.gov.az/pr03101011/) əldə edilmiş məlumata əsasən müəyyən olunur ki, istehlak qiymətləri indeksi 2025-ci ilin sentyabr ayında 2014-cü ilin sentyabr ayına nisbətən 205,4 % təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 2,1 faiz artmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 232.1-ci maddəsinə əsasən, Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2-ci maddəsinə əsasən, ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarında qeyd olunur ki: “İndeksasiya institutu da qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icra edilməməsi nəticəsində baş verən inflyasiya itkilərinin kompensasiyasını, pulun alıcılıq qabiliyyətinin bərpasını təmin edən səmərəli hüquqi vasitə olmaqla məhkəmə müdafiəsi hüququnun realizəsinin effektivliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Qeyd edilməlidir ki, bu təsisat borclu tərəfindən məhkəmə qətnaməsinin qanunla müəyyən edilmiş müddət ərzində icra edilməməsinə görə mülki-hüquqi məsuliyyət tədbiri olmamaqla, qətnamənin qanuni qüvvəyə mindiyi tarixlə müqayisədə məhkəmə aktının icrası anı üçün həmin akt üzrə tutulmalı olan pulun dəyərində yaranmış olan azalmanın kompensasiyasına, bununla da kreditorun məruz qaldığı itkiləri aradan qaldırmaqla onun mənafelərinin təmin edilməsinə yönəlmiş hüquqi mexanizmdir. Ödənilməli pul məbləğlərinin indeksasiyası ilə bağlı qətnaməni çıxaran hakimin üzərinə qoyulan səlahiyyət qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşımaqla məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasından irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2025-ci il 15 aprel tarixli Qərarı).” “Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələri baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyun 2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60 və 129-cu maddələrinin İ hissələrindən irəli gələrək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsi üzrə tərəflər məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamə üzrə tutulmalı olan pul məbləğinin, onun tam ödənilməsinədək olan müddət ərzində indeksasiyası ilə bağlı ərizə ilə məhkəməyə müraciət edə bilərlər. Məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyası qanunun analogiyası üzrə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunan indeksasiya qaydalarına uyğun olaraq həyata keçirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli qərarına əsasən və Mülki Prosessual Məcəllənin 232.1-ci maddəsində qeyd olunur ki, tərəflərin ərizə üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı məbləğlərin müvafiq indeksasiyasını həyata keçirə bilər. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmrinə əsasən, xx.xx.1975-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 və xx.xx.1993-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olan X1 müştərək qaydada kreditor Tələbkar xeyrinə 639 (altı yüz otuz doqquz) manat əsas borc, 269 (iki yüz altmış doqquz) manat cərimə və 21 (iyirmi bir) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 929 (doqquz yüz iyimi doqquz) manat məbləğində pulun tutulması əmr edilmişdir. Hazırda tələbkar Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli məhkəmə əmri ilə borclular tərəfindən ona ödənilməyən əsas, yəni 929 manat ödənilməli olan pul məbləğinin 2014-cü ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayınadək hesablanaraq indeksasiya edilməklə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd olunan istehlak qiymətləri indeksini hazırkı iş üzrə ödənilməmiş borc məbləğinə tətbiq etdikdə və məhkəmə əmrinin qanuni qüvvəyə mindiyi 2014-cü ilin sentyabr ayından 2025-ci ilin sentyabr ayınadək borclular tərəfindən ödənilməmiş pulun indeksasiyası aşağıdakı kimi müəyyən olunur: 979,166 manat (929 manat x 205,4 %=1908; 1908 - 929= 979). Bu baxımdan məhkəmə hesab edir ki, 929 manat məbləğinin indeksasiyası aparılaraq tələbkara əlavə olaraq 979 manat ödənilməlidir. Tələbkar ərizəsində həm də tutulmalı olan 929 manatı tələb etsə də, məhkəmə qeyd edir ki, ödənilməli pul məbləğinin indeksasiyası aparılarkən yalnız tutulan məbləğdən əlavə ödəniləcək pulun məbləği hesablanır. Bu səbəbdən məhkəmə ərizəni qalan hissədə təmin etmir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə Tələbkar ödənilməli olan 929 manat pul məbləği indeksasiya edilərək, Borclu1 və X1 müştərək qaydada 979 (doqquz yüz yetmiş doqquz) manat bir yüz altmış altı qəpik) manat pul Tələbkar xeyrinə əlavə olaraq tutulmalı, ərizə qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-8688/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə Tələbkar ödənilməli olan 929 manat pul məbləği indeksasiya edilərək, Borclu1 və X1 müştərək qaydada 979 (doqquz yüz yetmiş doqquz) manat pul ərizəçi Tələbkar xeyrinə əlavə olaraq tutulsun. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №8(004)-815/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-815/2025
14.11.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver