Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-818/2023 19.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin 10000/0008 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-739/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(004)-1942/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(004)-3413/2022 saylı, xx.xx.2022ci il tarixli, 2(004)-3419/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(004)-3414/022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 23 saylı Notariat Ofisinin 8İ-7781 saylı, xx.xx.2023-cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatına yazılı icraat qaydasında baxaraq Müəyyən etdim: İcra məmuru təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a, 139 saylı mənzilin üzərinə həbsin qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4443/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu cəmi 80.000 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manatla) və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin 10000/0008 saylı, xx.xx.2019-cu il tarixli, xx.xx.2023-cü il tarixli icra vərəqələrinə əsasən Borclu cəmi 18440 manat pul tutularaq tələbkar dövlət nəfinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-739/2021 saylı, xx.xx.2021-c il il tarixli icra sənədinə əsasən Borclu cəmi 5515 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1942/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 10000 manat borc və 120 manat dövlət rüsumu X1 xeyrinə tutulmalıdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3413/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 832 manat əsas, 84 manat cərimə borcu olmaqla, cəmi 916 manat məbləğində pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3419/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 1515 manat əsas borc və 152 manat cərimə olmaqla, cəmi 1667 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36,67 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3414/022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 1196,65 manat pul tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bakı şəhəri 23 saylı Notariat Ofisinin 8İ-7781 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 762 manat pul tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icrası ilə əlaqədar qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Buna baxmayaraq, borclu icranı könüllü təmin etməmiş, icranı təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırmışdır. İcraat zamanı borclunun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28a ünvanında yerləşən 139 saylı mənzilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1.3.-cü maddəsinə əsasən, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqinə əsas verir. Təqdimatı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, təqdimat rədd edilməlidir. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 44. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Maddə 50. Borclunun əmlakı üzərinə həbs qoyulması 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Belə ki, “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən hazırda borclunun mülkiyyətində hər hansı bir əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263, 264, 266-268ci maddələrini rəhbər tutaraq Qərara aldım: Təqdimat rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Təhminə Xəlilova İş № 8(004)-818/2023 Məhkəmədən kənar ayrıca prosessual hərəkət barədə Protokol Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsinin 10000/0008 saylı, xx.xx.2019-cu il tarixli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-739/2021 saylı, xx.xx.2021-ci il tarixli, 2(004)-1942/2023 saylı, xx.xx.2023-cü il tarixli, 2(004)-3413/2022 saylı, xx.xx.2022ci il tarixli, 2(004)-3419/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2(004)-3414/022 saylı, xx.xx.2022-ci il tarixli, Bakı şəhəri 23 saylı Notariat Kontorunun 8İ-7781 saylı, xx.xx.2023cü il tarixli icra sənədlərinin icrasının təmin edilməsi məqsədi ilə borclunun əmlakı üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin təqdimatına yazılı icraat qaydasında Bakı şəhərində məhkəmənin binasında baxaraq təqdimatın təmin edilməsi barədə qərardad qəbul etdim. Prosessual hərəkət saat 15:00-da başladı. Prosessual hərəkət saat 15:20-də başa çatdı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib olunmuşdur. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №8(004)-818/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-818/2023
19.12.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver