Məhkəmə qərarları › İş №8(004)-82/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-82/2025

07.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-82/2025 07.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, Tələbkar, X1 iştirakı ilə, X3 “icra sənədinin hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 “icra sənədinin hissə-hissə icra edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-82/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində əlavə xərc tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(004)-220/2023 nömrəli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. İcra sənədinin müvafiq hissəsi ilə bağlı 4845 manat aliment borcundan 2984 manat hissə borclu tərəfindən icra edilmiş, qaklq borc 1861 manat təşkil edir. Həmin aliment borcunun hər ay 115 manat məbləğində, yəni hissə-hissə icra edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-82/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh X7 hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment və 50 (əlli) manat məbləğində əlavə xərc tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, alimentin tutulma müddətinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(004)-220/2023 nömrəli qərardadı nəzərə alınmaqla məhkəməyə müraciət edildiyi tarixdən, yəni xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. X4 məhkəmə iclasında iştirak edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında iştirak edərək ərizənin əsassız olmasını bildirmiş və təmin edilməməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinin tələblərinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 12-ci bəndində göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə tələbkarın üstün maraqlarını nəzərə alır. Aliment borcu üzrə öhdəliyin yarısından çox hissəsinin qısa müddət ərzində borclu tərəfindən ödənilməsi əsas verir ki, borclu qalıq borcu ödəmək iqtidarındadır. Məhkəmə nəzərə alır ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-82/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinin qəbul edildiyi mülki iş üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X6 uzun illərdir ki, avtomobil alqı-satqısı ilə məşğul olur. Həmçinin, həmin iş üzrə mübahisə predmeti olan birgə nikah dövründə əldə edilmiş əmlakların dəyəri, yəni dolayı yolla X8 gəlirləri nəzərə alınır. xx.xx.2008-ci il təvəllüdlü X2 yaşı, təhsil, geyim, idman və s. xərcləri məhkəmə tərəfindən nəzərə alınır. Alimentin təyinatının yetkinlik yaşına çatmayan şəxsin xərclərinin qarşılanması, minimum həyat keyfiyyətinin təmin edilməsi olduğundan məsələnin həssaslığı və yetkinlik yaşına çatmayan şəxsin maraqları nəzərə alınmaqla, hesab edilir ki, ərizə təmin edilməməlidir. Borclu özünün deməsinə görə ödəmiş olduğu 2984 manat məbləğində aliment borcu kimi qalan 1861 manat öhdəliyini də icra etməli, operativ qaydada övladının xərclərinin qarşılanmasında iştirak etməlidir. Lakin, icra sənədi üzrə ümumilikdə icra edilmiş və qalıq borc məbləği icra orqanı tərəfindən hesablanaraq müəyyən edilməlidir. Qalıq borc məbləğini borclunun deməsinə görə nəzərə alsaq, 1861 manat qalıq borcun aylıq 115 manat olmaqla hissə-hissə ödənilməsi yetkinlik yaşına çatmayan şəxsin və digər valideynin (ana) maraqlarına uyğun olmamaqla qalıq öhdəliyin 16 ay (1861:115) ərzində, yəni uşağın yetkinlik yaşına çatması vaxtı ilə bitəcəkdir. Bu isə məhkəmə qərarının icrasını (nəticə) effektsiz hala sala bilər. Aliment öhdəliyi ilə bağlı 100-lərlə məhkəmə qərarının icrası ilə hazırki iş üzrə məhkəmə qərarının icrasına fərqli şərtlərin tətbiq edilməsi yekun olaraq ədalətsiz nəticələrə səbəb ola bilər. Məhkəmə araşdırması zamanı tələbkarın icra sənədi üzrə icra üsulu və qaydasının dəyişdirilməsinə razılığı müəyyən edilməmişdir. Tələbkarın razılığı olacağı təqdirdə məhkəmə ərizənin təmin edilməsi ehtimalını yüksək qiymətləndirir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, məhkəmənin öz təşəbbüsü ilə proses tərəflərindən birinin lehinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, hazırki iş üzrə sübutetmə yükü ərizəçinin üzərindədir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 “icra sənədinin hissə-hissə icra edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar