Məhkəmə qərarları › İş №8(004)-84/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-84/2023

13.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-84/2023 13.02.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X14 oğlunun katibliyi, Şikayət verən X1, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayevin iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərarın ləğv olunması barədə X1 ərizəsinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlama haqqında qərarın ləğv olunması barədə X3 ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020-007 saylı icra sənədi üzrə verilmiş xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 2504/2020 saylı qətnaməsi ilə tələbkar ilə aralarında olan nikah pozulmuş və uşaqların ananın himayəsində saxlanılması qərara alınmişdır. Bundan əlavə olaraq Sabirabad Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(056)-360/2021 saylı qətnaməsi ilə övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər bir uşağa hər ay sabit pul məbləğində 125 manat olmaqla, ümumilikdə 250 manat alimentin tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(056)-360/2021 saylı qətnaməsi icra olunması üçün aidiyyatı üzrə Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş və iş icra məmuru Orxan Abdullayevin icraatına verilmişdir. Lakin çox qısa müddətdən sonra tələbkarla barışmış və birlikdə yaşamışlar. Eyni zamanda da tələbkarın ərizəsi əsasında 11 mart 2021-ci il tarixli, 2(056)-360/2021 saylı icra sənədinə xitam verilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı qətnaməsi isə artıq barışıq olduğundan uşaqların kimin yanında qalması ilə bağlı hissəsində icraya yönəlməmişdir. Birlikdə yaşadıqları müddət ərzində də artıq həmin icra sənədinə də xitam verilməsi kimi başa düşülüb və onun üçün də ayrıca ərizə verməmişdir. Lakin tələbkar barışdıqdan sonra birgə yaşadıqları müddət ərzində övladları olan azyaşlı uşaqları döymüş, övladları onu sevmədiyi üçün dəfələrlər özünə qəsd etmiş və onu həkim müayinəsindən keçirəndə isə bildirilmişdir ki, onda dəyişkən psixi pozuntu var. Evlilik dövründə də tələbkar özünə və uşaqlarına xəsarət yetirəcəyi ilə bağlı hədələr edirdi və onun işinə qarışmamaqlarını və sərbəst olmaq istədiyini bildirirdi. Bütün bunlar səbəbindən də tələbkar övladları onu istəmədiyi üçün özünə qəsd edərək iksus içmişdir. Hətta bu barədə polis və prokurorluq orqanında da izahatında övladları onu istəmədiyi üçün belə etdiyini bildirmişdir. Bu hadisələrdən sonra da tələbkarın qardaşı gələrək bacısının bu hərəkətlərindən peşman olduğunu bildirirərək onu evlərinə aparmışdır. Hazırda övladları xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 onun yanında saxlanılmasının müəyyən olunması və aliment ödənilməsi tələbi barədə qətnamə çıxaırlmasını xahiş etmişdir. Həmin 2(004)-705/2023 saylı mülki iş isə Yasamal Rayon Məhkəməsində icraatdadır və aidiyyat məsələsi üzrə baxılmaqdadır. Hazır tələbkarın psixi pozuntusu olması, azyaşlı övladlarına təsir göstərdiyi təhdid, qorxu və işgəncə səbəbindən tələbkar X6 övladlarının verilməsini məqsədəuyğun hesab etmir. Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı qətnaməsinin barışıq olduğundan və xx.xx.2023-cü il tarixinə kimi icra vərəqəsi verilməməsi belə özündə barışıq olduğunu və həmin işə də vaxtında xitam verildiyi anlamına gətirib çıxarır ki, yenidən azyaşlı övladlarının onu seçməsinə əngəl törədir. Bu əsasla da hesab edir ki, Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı qətnaməsi üzrə verilmiş icra vərəqəsi üzrə icra məmuru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarı əsassız olduğudan ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət verən X3 yuxarıdakı məzmunda izahat verərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev izahatında bildirmişdir ki, 2022-ci il dekabr ayında icraatına iş daxil olmuş, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 iddiaçı X5 yanında saxlanılması qət edilmişdir. Qətnamənin qət etdi hissəsində uşağın atadan alınıb ananın himayəsinə verilməsi hissəsi olmadığından iddiaçını çağırıb bildirlər ki, ayrıca məhkəməyə müraciət etməli və icra vərəqəsində uşaqların atadan alınaraq ananın himayəsinə verilməsi qeyd olunmalıdır. Hazırda bu icra vərəqəsi ilə uşaqlar anaya verilməyəcək. Məhkəmə şikayəti araşdıraraq hesab edir ki, şikayət əsaslı olmadığından təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020-007 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2504/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X7 anaları iddiaçı X2 yanında saxlansınlar. Göründüyü kimi, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Orxan Abdullayev məhz məhkəmə tərəfindən verilmiş icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdə mübahisələndirilən “İcraata başlamaq haqqında” qərarı qəbul etmişdir. Hazırda mübahisələndirilən qərarın ləğv edilməsi üçün məhkəmə baxışı zamanı hər hansı əsas müəyyən edilməmişdir. Bundan əlavə şikayət verən X3 qərarın qanunsuz olduğunu əsaslandıra bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Odur ki, sadalanan qanun normalarına əsasən, məhkəmə hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2504/2020 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan verilmiş şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar