Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(004)-843/2025 02.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Borclu, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakları ilə, X2 yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulmuş alimentin indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Borclu birgə nikahdan olan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qət edilmiş aliment məbləğinin indeksasiyasını aparmaqla borcludan tutulmalı olan alimentin sonrakı artımlar da nəzərə alınmaqla hər ay üçün hər uşağa respublika üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,60 misli məbləğində müəyyən olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onunla Borclu arasında bağlanmış nikah ləğv olunmuş və birgə nikahdan olan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X15 onun yanında saxlanılmaqla uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Qət edilmiş alimentdən sonra respublika üzrə minimum əmək haqqı məbləğində artımlar olmuş və buna görə də o, alimentin indeksasiya edilməsi və alimentin respublika üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli məbləğində müəyyən olunmasını məqsədəuyğun hesab edir. Tələbkarın nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesini iştirakı olmadan keçirməklə ərizənin təmin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu ərizəyə etiraz edərək izahatında bildirdi ki, birgə nikahdan 2 uşaq dünyaya gəlmişdir. O, hər ay 300 manat aliment ödəyir. Aliment borcunu hər ay ödəyir, bugünə borcu yoxdur. Əlavə olaraq da köməklik edir. Hazırda himayəsində İİ qrup əlil olan xəstə atası var və yeni ailə həyatı qurmuş, maddi imkanı zəifdir. Aylıq təxminən 450 manat qazancı olur. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi və eyni zamanda vəkili Vəkil ərizəyə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. İcra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İcra məmurunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən, məhkəmə ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə borclunun və onun nümayəndəsinin izahatlarını dinləyib, ərizəni, ona əlavə olunan sənədləri araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Borclu ilə X13 arasında xx.xx.2019cu il tarixdə 3 saylı Bakı Asan Xidmət X9 3635 nömrəli akt qeydinə əsasən bağlanılmış nikahın pozulması, xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün X6 yanında qalması, xx.xx.2020-ci il təvəllüdlü X12 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Borclu hər ay hər uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq X7 ödənilməsi, alimentin tutularkən müvəqqəti aliment tutulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli, MTT(004)-179/2022 saylı qərardadı ilə tutulmuş alimentin nəzərə alınması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir; Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər; Maddə 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur; Maddə 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.... Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki halda da aliment məbləğinin indeksasiyası ərizə ilə məhkəməyə müraciət edilən vaxtdan, yəni 18 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əməkhaqqının məbləğinin artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı: Minimum aylıq əməkhaqqının məbləği 2022-ci il yanvarın 01-dən 300 manat müəyyən edilsin.” İşin faktiki hallarından müəyyən olunur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə alimentin məbləği 150 manat məbləğdə müəyyən edilmişdir. X4 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin indeksasiya olunmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 150 manat məbləğdə müəyyən edilmişdir. 2022-ci il üzrə ölkə üzrə minimum əmək haqqı 300 manat müəyyən edilmişdir. 150 manat məbləğdə aliment 2022-ci il üçün minimum əmək haqqının 0,5 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022ci il tarixli qətnaməsinə əsasən tutulmuş alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 231, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2988/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X8 xx.xx.2020-ci il təvəllüdlü X17 və xx.xx.2021-ci il təvəllüdlü X11 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində alimentin məbləği 18 noyabr 2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №8(004)-843/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №8(004)-843/2025
02.12.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver